"Microsoft" və "Google"un gəlirləri artıb
ABŞ-nin texnologiya nəhəngləri "Microsoft" və "Google"un ana şirkəti olan "Alphabet"in gəlirləri artıb.
Valyuta.az xəbər verir ki, maliyyə təqvimində aprel-iyun dönəmini dördüncü rüb kimi qəbul edən "Microsoft" balans hesabatını açıqlayıb.
Açıqlamaya görə şirkətin gəlirləri aprel-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səkkiz faiz artaraq 56,2 milyard dollara çatıb. "Microsoft" 2022-ci ilin dördüncü rübündə 51,9 milyard dollar gəlir əldə etmişdi. Şirkətin xalis mənfəəti də 20 faiz artıb və 20,1 milyard dollara çatıb. Ötən il isə bu rəqəm 16,7 milyard dollar idi.
"Google"un ana şirkəti "Alphabet" də 2023-cü ilin ikinci rübü üçün balans hesabatını açıqlayıb. Şirkətin ikinci rübündəki gəliri keçən illə müqayisədə yeddi faiz artaraq 74,6 milyard dollara çatıb. Şirkətin 2022-ci ildə gəliri 69,7 milyard dollar olub.
"Alphabet"in xalis mənfəəti isə ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıb. Nəticədə xalis mənfəət 18,4 milyard dollara çatıb. “Alphabet” ötən ilin ikinci rübündə 16 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin aprel-iyun dövründə 1,20 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,44 dollara yüksəlib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay