Beynimiz kompüterə qoşula, yaddaşımız artırıla bilər - Yeni ixtira
Çində tədqiqatçılar insanların beynini daxili qulaq vasitəsilə kompüterə birləşdirə bilən cihaz ixtira ediblər.
Valyuta.az “İndependent”ə istinadən xəbər verir ki, Pekindəki “Tsinghua“ universitetinin komandası tərəfindən hazırlanmış, “SprialE” adı verilən beyin-kompüter interfeysi (BCI) beyinlə rəqəmsal əlaqə yaratmaq üçün çevik qulaqdaxili materialdan istifadə edir.
“BCI” texnologiya sahəsində son yeniliklərdən olan, İlon Maskın ixtira etdiyi donuz və meymunların zehnini oxuya bilən “Neuralink” beyin çiplərinə bənzəyir. Bu texnologiyanın nəhayət, beyinə “tam genişlikdə məlumat axını” təklif etməyə yaxın olduğu deyilir. “Neuralink”dən fərqli olaraq, BCI insanarın beyninə cərrahiyyə və ya digər mikro iynə əsaslı invaziv üsullarla birləşdirilmə tələb etmir. Alimlər yeni ixtiranın gündəlik istifadə üçün uyğun olduğu qənaətindədir.
BCI-ləri qulaq vasitəsilə birləşdirmək üçün mövcud üsullar qulaq tıxacları və ya 3D çap əlavələri kimi dəstək sistemləridir. Lakin spiral dizayn onu istifadəçinin eşitmə qabiliyyətini maneə törətmədən içəri və kənara sürüşdürmək anlamına gəlir. Tədqiqatçıların açıqlamalarına görə, "SpiralE” bütün subyektlərin xarici aləmdəki səs stimullarını insanların real vaxtda eşidə bilməsini təmin etməsi mümkündür. Bununla yanaşı onun unikal strukturunun təbii və təmkinli şəkildə daşınan elektronikanın real həyata inteqrasiyasının mümkünlüyü qeyd olunur.
Tədqiqat "Nature Communications" elmi jurnalında dərc olunan "Vizual və eşitmə beyin-kompüter interfeysləri üçün uyğun qulaqdaxili bioelektronika" adlı araşdırmada ətraflı şəkildə izah edilib.
Texnologiya düşüncələri mətnə çevirmək, rəqəmsal obyektləri yalnız düşüncə ilə idarə etmək və ya hətta insan yaddaşını artırmaq imkanlarına malik ola bilər. Lakin BCI-lərin yaratdığı məxfilik və insan hüquqları ilə bağlı kritik narahatlıqların aradan qaldırılması barədə xəbərdarlıq edilir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay