"Activision" və "Microsoft" İngiltərəni razı salmağa vaxt tapacaqlarmı?
"Activision Blizzard" və "Microsoft" sövdələşmənin bağlanma müddətini üç aylıq - oktyabrın 18-nə qədər uzatmaq qərarına gəliblər. Şirkətlər Böyük Britaniyadan icazə almaq istəyirlər.
Valyuta.az bu barədə "Reuters"ə istinadla xəbər verir.
"Microsoft" prezidenti Bred Smit bu addımın "son tənzimləmə məsələlərinin həllinə kifayət qədər vaxt verəcəyini" söyləyib.
"Biz bu sövdələşməni həyata keçirmək perspektivlərimizə əminik", - Smit yazıb.
Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi daha əvvəl "Activision Blizzard" və "Microsoft" arasında razılaşmanın qarşısını almaq qərarına gəlsə də, keçən həftə tənzimləyici planlarına yenidən baxıb və yekun qərarın qəbulu üçün son müddəti avqustun 29-dək uzadıb.
ABŞ məhkəməsi qərarın qəbulu ərəfəsində texnoloji nəhəng "Microsoft" tərəfindən "Activision"ın alınmasına qoyulan bloku ləğv edib.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Dairə Məhkəməsi FTC-nin tələbi ilə sövdələşməni müvəqqəti olaraq bloklayıb.
"Microsoft"un "Activision Blizzard"ı 68,7 milyard dollara satın alması 2022-ci ilin yanvarında məlum olub.
2023-cü ilin aprelində Britaniya tənzimləyicisi alışa veto qoyub. Tənzimləyici hesab edir ki, birləşmə Böyük Britaniya oyunçuları üçün daha yüksək qiymətlərə, daha az seçimə və daha az yeniliyə səbəb ola bilər. Amma Avropa Birliyi razılaşmanı təsdiqləyib.
2021-ci ilin iyul ayında Kaliforniya Ədalətli Məşğulluq və Mənzil Təsərrüfatı Departamenti (DFEH) video oyun tərtibatçısı "Blizzard Entertainment" və onun sahibi "Activision Blizzard"a qarşı məhkəmə iddiası qaldıraraq, şirkəti qadın işçilərin "davamlı cinsi qısnama" və cins ayrı-seçkiliyinin qurbanı olmasına səbəb olan "tələbə qardaşlıq mədəniyyəti" yaratmaqda ittiham edib.
Sentyabr ayında "Activision Blizzard" Bərabər Məşğulluq İmkanları Komissiyası ilə təqib və ayrı-seçkilik qurbanlarına təzminat və ziyanı ödəmək üçün 18 milyon dollarlıq bir fond yaratmaqla bağlı müqavilə bağlayıb.
Həmin ay "SEC CEO Bob Kotick" də daxil olmaqla "Call of Duty" və "World of Warcraft" oyunları ilə tanınan "Activision Blizzard" rəhbərliyini məhkəməyə verib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay