Ən çox satılan telefon markaları açıqlandı
2023-cü ilin ikinci rübünün ən çox satılan smartfon markaları açıqlanıb.
Valyuta.az xəbər verir ki, "Apple" və "Samsung" arasında rəqabətin davam etməsinə baxmayaraq satışların azalması diqqətdən qaçmayıb. Bazar araşdırması şirkəti "Counterpoint Research" 2023-cü ilin ikinci rübü üçün smartfon bazarı məlumatlarını açıqlayıb.
Məlumatlara görə, iki ildir davam edən smartfon satışlarında azalma ilk rübdə də nəzərə çarpıb. "Counterpoint Research"ın hesabatına görə, smartfon satışları illik olaraq səkkiz, rüblük isə beş faiz azalıb. ABŞ-nin texnologiya nəhəngi “Apple” satışlarının azalmasına baxmayaraq, bazar payını cüzi də olsa artırmağı bacarıb.
"Samsung" 2023-cü ilin ikinci rübündə ən çox seçilən marka olub. 22 faizlə birinci yerdə olan Cənubi Koreya şirkətinin bazar payı dəyişməyib. "Samsung"un ən böyük rəqibi olan "Apple" 17 faiz payla ikinci yerdə qərarlaşıb. "Apple"in bazar payı ötən ilin eyni dövrü ilə müqayisədə bir faiz artıb.
Birinci rübdə ən çox smartfon satan brendlər aşağıdakı kimi sıralanıb:
Samsung 22%
Apple 17%
Xiaomi 12%
OPPO 10%
Vivo 8%
Digər 31%
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay