BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
30365

"Çelsi" üçün bu yay transferlər baxımından çətin keçdi. Klub itirdikləri oyunçuların bəzilərini yenidən qaytarmaq  üçün 323 milyon funt sterlinq xərclədi. Bu xərclərin sonrakı həftələrdə daha çoxalacağı gözlənilir. Maurisio Poçettino heyəti sıfırdan bərpa etmək istədiyi üçün "Çelsi" bu yay xeyli futbolçusunu satıb. 

Valyuta.az "Çelsi"nin bu yay satdığı ən bahalı futbolçuların siyahısını təqdim edir,

Eduard Mendi

2020-ci ilin sentyabrında 22 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə transfer olunandan sonra qapıçı probleminin həllinə ümid edilirdi. Debüt mövsümündə Mendi "Çelsi"nin Çempionlar Liqasını qazanmasında mühüm rol oynadı və hətta həmin il göstərdiyi səylərə görə FİFA-nın “Ən Yaxşı Qapıçı” mükafatına layiq görüldü. İndi o, “Al-Ahli” ilə müqaviləyə əsasən 9,4 milyon funt-sterlinq maaş alacaq.

Dayon Sterlinq

2017-ci ildə "Çelsi"də debütü zamanı Sterlinq özünü yaxşı tərəfdən göstərdi. Müdafiəçi "Çelsi" qoşulanda heç 8 yaşı tamam olmamışdı. O, tez bir zamanda “Çelsi”nin gənclərdən ibarət komandasına yüksəldi. Dörd dəfə icarəyə verilən futbolçunun “Çelsi”də davam etməsi üçün bu yay ən yaxşı vaxt kimi görünürdü. Hazırda "Reyncers"in formasını geyinən 23 yaşlı futbolçunun hələ də gələcəyi parlaq görünür. 

Sezar Azpilikueta

11 illik xidmətdən sonra Azpilikueta nəhayət ki, “Stamford Bridge”dən ayrıldı. İspan liqanın ən yaxşı müdafiəçilərindən biri sayılırdı. Deyv kimi tanınan 33 yaşlı futbolçu 2012-ci ildə "Çelsi"yə cəmi 7 milyon funt-sterlinqə başa gəlib. O, “Atletiko”ya keçərkən "Çelsi"dən məvacib alırdı. Gediş videosu klubun onun üçün nə demək olduğunu dəqiq göstərir. 

Xalidu Kolibali

Eyni şeyi Kolibali haqqında demək olmaz. Keçən yay təxminən 33 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə böyük ümidlərlə qoşuldu. Yeganə təsəlli London təmsilçisinin onu “Al-Hilal”a satarkən ödədiyi pulun bir hissəsini - 20 milyon funt-sterlinqi geri qaytarmağı bacarmasıdır.

Baba Rahman

Qanalı müdafiəçi səkkiz ilini “Stemford Bric”də keçirib və bu müddət ərzində cəmi 23 oyuna çıxıb. 2015-ci ildə klub 22 milyon funt-sterlinqə qədər pul xərclədiyi üçün futbolçunun qiyməti enmirdi. İllər ərzində bir çox digər “Çelsi” ulduzları kimi, o, vaxtının çoxunu digər klublarda icarə əsasında keçirdi. O, səkkiz dəfə icarəyə verildi və bu müddət ərzində beş fərqli klubda oynadı. Hazırda Yunanıstan təmsilçisi PAOK-un tam hüquqlu futbolçusudur.

Tımue Bakayoko

Fransalı yarımmüdafiəçi 2016-17-ci illərdə Kilian Mbappe, Bernardo Silva, Fabinyo və Joao Moutinyo kimi məşhurların da yer aldığı “Monako”nun bir hissəsi idi. Təəssüf ki, Bakayoko klubdan ayrıldıqdan sonra “Monako”dakı bəzi komanda yoldaşları kimi yüksəlmədi. "Çelsi" yarımmüdafiəçi üçün 40 milyon funt-sterlinq xərclədi və bu, səhv addım oldu. Londonda heç bir şey yolunda getmədi.

Metyu Kovaçiç

Tomas Tuçel ötən il jurnalistlərə açıqlamasında Kovaçiç haqda "Sevimli, təvazökar oğlandır və idmana çox maraq göstərir. Hətta “Real”da oynayanda onun istedadından xəbərdar idim və hiss etdim ki, növbəti addımda gələcək. Qol və ötürmələr əslində Kovaçiç kimi bir oyunçu üçün ədalətli deyil”. O, “Çelsi” üçün işlərini davam etdirdi və təxminən 38 milyon funt-sterlinq qarşılığında müqaviləyə imza atdıqdan sonra tezliklə azarkeşlərin sevimlisinə çevrildi.

Nqolo Kante
 
Əvəzedilməz futbolçu yoxdur deyirlər. Ancaq Kante “Çelsi” üçün əvəzedilməz futbolçu statusu daşıyırdı desək yalan olmaz. Oyunlar zamanı meydanın mərkəzində böyük işlər görən faransalı yarımmüdafiəçi bu yay “Al-İttihad”a transfer olundu. Özü də heç bir əlavə ödənişsiz.

Kristian Pulişiç

2019-cu ildə 58 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə transfer olunmuşdu. O, bu yaxınlarda cəmi 20 milyon funt-sterlinq qarşılığında “Milan”la müqavilə bağladı. Londonda bir neçə gərgin ildən sonra, bu yay atılan addım, yəqin ki, iştirak edən hər bir tərəf üçün ən yaxşısıdır. 

Meyson Mount

Mount "Çelsi" azarkeşlərinə vida mesajında ​​"Bilirəm ki, bəziləriniz mənim qərarımdan məmnun olmayacaq, amma karyeramın bu anında mənim üçün doğru olan addımdır” - demişdi. Ötən mövsümdən sonra Mountun “Çelsi” üçün nə qədər yaxşı olduğunu unutmaq asandır.Yarımmüdafiəçi bu illər ərzində “Çelsi”nin heyətində meydana çıxdığı 127 oyunda 29 qola imza atıb.

Kay Havertz

“Çelsi” azarkeşləri Çempionlar Liqasının finalındakı qola görə ona əbədi minnətdar olacaqlar. Lakin Havertz “Stemford Bric”də olarkən heyrətləndirici nəticə göstərdi. Klub, nəhayət, 2020-ci ildə ilkin olaraq xərclədikləri 71 milyon funt-sterlinqin 65-ni geri qaytarmaq üçün yaxşı iş gördü. İndi o, həm “Arsenal”, həm də “Çelsi”də oynamış oyunçuların uzun siyahısına qoşulur.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Lider ruhlu olduğumuzu necə anlamaq olar? - 10 sual

Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Bu qəpiklər tədavüldən çıxarılır

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin