"Twitter" istifadəçilərə pul ödəməyə başladı - 24 min dollar alan oldu
"Twitter" istifadəçiləri paylaşımlarına cavab olaraq göstərilən reklamlardan əldə etdikləri gəlirin bir hissəsindən ödənişlər almağa başlayıblar.
Valyuta.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Şirkət siyasətinə əsasən, proqramda yalnız son üç ay ərzində tvitlərinə ayda beş milyon dəfədən çox baxılan Twitter Blue abunəçiləri iştirak edə bilər.
"Twitter" sahibi İlon Mask bildirib ki, istifadəçilər ilk ödəniş raundunda ümumilikdə 5 milyon dollar alacaqlar. Ödənişlər "Twitter Blue" proqramının elan edildiyi bu ilin fevral ayından sayılacaq.
Bəzi istifadəçilər artıq ilk ödənişləri almağa başladıqlarını bildiriblər.
Təxminən 750 min izləyicisi olan yazıçı Brian Krassenstein "Twitter"in ona 24 min dollardan çox pul ödədiyini bildirib. 1,7 milyon abunəçisi olan siyasi şərhçi Benni Conson 9,5 min dollar ödəniş aldığını açıqlayıb.
“The Verge” xəbər verir ki, ödənişin məbləğinin dəqiq necə hesablandığı hələlik məlum deyil. "Twitter" istifadəçisi Ashley St. Clair hesablayıb ki, "Twitter" ona hər milyon baxış üçün təxminən 8,52 dollar ödəyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay