BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
30265

İngiltərə Premyer Liqası dünyanın ən zəngin çempionatı hesab olunur. “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Liverpul” kimi klubların hər biri heyətdəki futbolçulara görə böyük dəyərlərə malikdir. 

Pep Qvardiolanın komandasının liqada ən dəyərli heyətə sahib olduğunu öyrənmək o qədər də sürpriz deyil. Lakin Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” heç də “şəhərlilər”dən böyük fərqlə geri qalmır. Hər iki komandanın dəyəri 1 milyard avrodan çoxdur ki, bu da tamamilə astronomikdir. 

İlk “beşliy”in qalan hissəsini “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” edir və hər birinin dəyəri 800 milyon avrodan çoxdur. “Nyukasl” və “Tottenhem” onlardan çox da geri qalmır. Premyer Liqada son üç pillədə Çempionşipdən gələn komandalar yer alıb ki, bu bəlkə də iki liqa arasındakı fərqi göstərir. Dünya üzrə isə yalnız PSJ futbolçuların ümumi qiymətinin bir milyarddan çox olduğu yeganə klubdur.

Valyuta.az gələn mövsüm Premyer Liqada iştirak edən hər bir komandanın və onların ən bahalı futbolçularının qiymətini “Transfermarkt”dakı məcmu dəyərlərinə əsasən aşağıdan yuxarıya doğru sıralanmış şəkildə təqdim edir.

“Luton Taun” – 36,9 milyon avro
Orta oyunçu dəyəri: 1,32 milyon avro
Ən dəyərli futbolçuları: Karlton Morris və Eliyah Adebayo (6 milyon avro)

“Şeffild Yunayted” – 95 milyon avro
Orta oyunçu dəyəri: 4,52 milyon avro
Ən dəyərli futbolçular: Sander Berq və Anel Ahmedhodzic (20 milyon avro)

“Börnli” – 156,3 milyon avro
Orta oyunçu dəyəri: 5,39 milyon avro
Ən dəyərli futbolçu: Coş Braunhill (18 milyon avro)

“Fulhem” – 243 milyon avro
Orta oyunçu dəyəri: 10,57 milyon avro
Ən dəyərli futbolçu: Joao Palhinya (40 milyon avro)

“Bornmut” – 258 milyon avro
Orta oyunçu dəyəri: 9,56 milyon avro
Ən dəyərli futbolçu: Danqo Uattara (25 milyon avro)

“Kristal Palas” – 299,45 milyon avro
Orta oyunçu dəyəri: 11,98 milyon avro
Ən dəyərli futbolçu: Ebereçi Eze (40 milyon avro)

“Nottingem Forest” – 310,98 milyon avro
Orta oyunçu dəyəri: 8,89 milyon
Ən dəyərli futbolçu: Morqan Gibbs-Vayt (40 milyon avro)

“Everton” – 337,55 milyon avro
Orta oyunçu dəyəri: 14,06 milyon avro
Ən dəyərli futbolçu: Amadu Onana (45 milyon avro)

“Vulverhempton” – 377,88 milyon avro
Orta oyunçu dəyəri: 11,45 milyon avro
Ən dəyərli futbolçu: Mateus Nunez (45 milyon avro)

“Brentford” – 398,9 milyon avro
Orta oyunçu dəyəri: 12,47 milyon avro
Ən dəyərli futbolçu: İvan Toney və Brayan Mbeumo (35 milyon avro)

“Vest Hem” – 452,9 milyon avro
Orta oyunçu dəyəri: 18,87 milyon avro
Ən dəyərli futbolçu: Deklan Rays (90 milyon avro)

“Brayton” – 470,05 milyon avro
Orta oyunçu dəyəri: 12,37 milyon avro
Ən dəyərli futbolçu: Moizes Kaisedo (75 milyon avro)

“Aston Villa” – 507 milyon avro
Orta oyunçu dəyəri: 16,90 milyon avro
Ən dəyərli futbolçu: Yakob Remsi (42 milyon avro)

“Nyukasl” – 577,1 milyon avro
Orta oyunçu dəyəri: 16,97 milyon avro
Ən dəyərli futbolçular: Aleksander Isak və Bruno Gimaraeş (70 milyon avro)

“Tottenhem” – 755,3 milyon avro
Orta oyunçu dəyəri: 24,36 milyon avro
Ən dəyərli futbolçu: Harri Keyn (90 milyon avro)

“Mançester Yunayted” – 833,8 milyon avro
Orta oyunçu dəyəri: 24,52 milyon avro
Ən dəyərli futbolçu: Markus Reşford (80 milyon avro)

“Liverpul” – 848,8 milyon avro
Orta oyunçu dəyəri: 33,95 milyon avro
Ən dəyərli futbolçu: Luis Diaz (75 milyon avro)

“Çelsi” – 886,7 milyon avro
Orta oyunçu dəyəri: 26,87 milyon avro
Ən dəyərli futbolçular: Kristofer Nkunku və Enzo Fernandez (80 milyon avro)

“Arsenal” – 1,07 milyard avro
Orta oyunçu dəyəri: 34,63 milyon avro
Ən dəyərli futbolçu: Bukayo Saka (120 milyon avro)

“Mançester Siti” – 1,19 milyard avro
Orta oyunçu dəyəri: 41,02 milyon avro
Ən dəyərli futbolçu: Erlinq Haland (180 milyon avro)

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin