Apple ruslar üçün yeni məhdudiyyətlər tətbiq etdi
"Apple" rusiyalıların "iPad" üçün "Logic Pro" və "Final Cut Pro" audio və video redaktorlarına ödənişli abunəliklərini ləğv etməyə başlayıb.
Valyuta.az xəvər verir ki, bu barədə Rozetked portalı məlumat yayıb.
Qeyd olunur ki, iyulun 12-dən ruslar sadalanan proqramların interfeysində abunə ödənişi variantlarını görmürlər. Proqramlar yeni istifadəçiləri salamlama ekranından keçir. Pulsuz sınaq müddəti də mövcud deyil.
Abunəsi olan istifadəçilər proqramı yükləyərkən "Apple"ın abunə ilə bağlı səhv olduğunu bildirdiyi və bunun üçün pulu qaytaracağını vəd etdiyi bildiriş görür.
“Təəssüf ki, abunə ilə bağlı xəta baş verdi, ona görə də onu ləğv etdik. Hesabınız üçün ödənişi geri qaytardıq. 30 gün ərzində məbləğ ödənişin aparıldığı hesaba köçürüləcək”, deyə bildirişin mətnində qeyd edilir.
"Rozetked" qeyd edib ki, onların redaksiya heyətinin ən azı bir üzvü ödənişin edildiyi mobil operatorun hesabına abunə olmaq üçün pul alıb.
"Final Cut Pro" və "Logic Pro"nun "iPad" versiyaları 2023-cü ilin may ayında buraxılıb. Rusiyada onlara aylıq abunə 349 rubl, bir il üçün isə 3990 rubl təşkil edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay