"Google" süni intellekti tibbə daxil edir
"Google" tibbi süni intellektli söhbət köməkçisi hazırlayır.
Valyuta.az xəbər verir ki, şirkət ultrasəs diaqnostikası və xərçəngin müalicəsi üçün süni intellektdən istifadə etməyə çalışır. Bildirilir ki, "Med-PaLM 2" tibbi lisenziya imtahanlarının sualları və cavabları ilə yanaşı, tibbi ekspert təmsilçiliyi üzrə təlim keçib. Bu texnologiya sağlamlıqla bağlı suallara cavab vermək, sənədləri ümumiləşdirmək və tədqiqat məlumatlarını təşkil etmək kimi vəzifələri yerinə yetirir.
"Google" hesab edir ki, yenilənmiş modelə həkimlərə daha məhdud çıxışı olan ölkələrdə böyük dəyər verilə bilər. "Google" tibbi süni intellektli söhbət texnologiyasını inkişafı ilə bağlı sağlamlıq proqramı təminatı şirkəti "Epic"lə əməkdaşlıq edir. Bu texnologiyalar hər hansı xəstə üzərində öyrədilmir və məlumatlar məxfi saxlanılır. Bununla belə, texnologiyanın hələ ilkin mərhələdə olduğu, inkişafının davam etdiyi bildirilir.
"Google" mart ayında ortaya çıxardığı süni intellektini ultrasəs diaqnozu və xərçəng müalicəsi üçün də istifadə etməyə çalışır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay