Parkinq qiymətləri niyə fərqlidir? - Ekspert
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydalarını təsdiq edib. Qərardan belə məlum olur ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə, 70, 40, 30 qəpik müəyyənləşdirilib.
Görəsən, mərkəzə nisbətdə kənar ərazilərdə parklama xərclərinin az müəyyənləşdirilməsində məqsəd nədir?
Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, mərkəzlə müqayisədə kənardakı parklamalarda qiymətin ucuz müəyyənləşdirilməsi şəhərin mərkəzində tıxacların arşısını almağa hesablanmış addımdır:
“Bu beynəlxalq təcrübədən götürülmüş qaydadır. Avropa ölkələrinin şəhərlərində də eyni qaydadır. Orada da şəhərin mərkəzinə doğru parkinq qiymətləri artır. Belə addımın atılmasında başlıca məqsəd isə daha çox avtomobilin şəhərin məkrəzində cəmləşməsinin qarşısını almaqdır. Paytaxtda tıxaclar əsasən şəhərin mərkəzi hissələrində yaranır. Şəhədənkənar metrostansiyalarının yaxınlığındakı parkinqlərin mərkəzə nisbətən ucuz olması fonunda sürücü maşınını məhz həmin ərazidə saxlayaraq yolun qalan hissəsini metro ilə getməyə üstünlük verə bilər. Bu da şəhərin mərkəzində sıxlığın olmasının qarşısını müəyyən dərəcədə ala bilər. Ona görə də şəhər kənarında parkinq qiymətinin mərkəzə nisbətən ucuz olmasını mərkəzdəki sıxlığı azaltmağa hesablanmış stimullaşdırıcı addım kimi dəyərləndirmək olar”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay