BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
30041

Böyük Britaniyada Kardiff Universitetinin nəzdində fəaliyyət göstərən "Demans" Araşdırma İnstitutunun tədqiqatçıları ağıllı saatların Parkinson xəstəliyinin erkən diaqnozunda mühüm rol oynaya biləcəyini ortaya çıxarıb.

Valyuta.az xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma iştirakçılar tərəfindən istifadə edilən ağıllı saatların 7 il əvvələ qədər Parkinson xəstəliyinə diaqnoz qoymağa kömək edə biləcəyinin mümkünlüyünü göstərib. "Sky News"in xəbərinə görə, sözügedən institutun tədqiqatçıları ağıllı saatların Parkinson xəstəliyinin erkən diaqnozunda mühüm rol oynaya biləcəyini müəyyən ediblər. İngiltərədə təxminən yarım milyon insanın sağlamlıq məlumatlarını ehtiva edən "Biobank" adlı biotibbi məlumat bazasından istifadə olunan araşdırmada məlumatlar süni zəka ilə təhlil edilib.

Araşdırmada, 2013-2016 dövründə bir həftə ağıllı saat taxan 103 min 712 adamın hərəkət sürəti izlənilib. Sözügedən dövrdən sonrakı yeddi il ərzində Parkinson xəstəliyi diaqnozu qoyulan iştirakçıların ağıllı saatlarından əldə edilən məlumatlar daha əvvəl eyni xəstəlik diaqnozu qoyulanlarla müqayisə olunub. Müqayisə zamanı Parkinson xəstəliyinə tutulan və yeddi il ərzində bu xəstəliyin aşkarlandığı insanların hərəkətlərinin sağlam fərdlərə nisbətən daha yavaş olduğu müəyyən edilmişdir. Sonrakı illərdə Parkinson xəstəliyi diaqnozu qoyulanların məlumatlarının sağlam insanlarınkından fərqli olması onun əlamətlərinin yeddi il əvvələ qədər müəyyən edilə biləcəyini ortaya qoyub.

Kardiff Universitetinin aparıcı tədqiqatçısı Sintiya Sandor, verdiyi açıqlamada, iştirakçılardan əldə edilən bir həftəlik məlumatlar sayəsində insanların sağlamlıq vəziyyəti ilə bağlı uzunmüddətli proqnozlar verilə biləcəyini qeyd edib. Kəşflər sayəsində Parkinson xəstəliyinin erkən diaqnozu üçün etibarlı və əlverişli bir üsul tapa biləcəklərini söyləyən Sandor, tibbi müşahidə üçün hərəkətizləmə cihazları və ağıllı saatların istifadə edilə biləcəyini vurğuladı.

Başqa bir tədqiqatçı Katrin Pill, Parkinson xəstəliyinə işarə edən məlumatların, digər neyrodegenerativ xəstəliklər və irəli yaş kimi hərəkət sürətinə təsir edən amillərlə bağlı məlumatlardan fərqləndirilə biləcəyini ifadə etdi. Pill, araşdırmanın Parkinson xəstəliyinin gedişatını yavaşladacaq yeni müalicə üsullarının inkişafı və diaqnozda süni intellektin istifadəsinə ümid verdiyini vurğuladı. Alzeymerdən sonra dünyada ən çox yayılmış neyrodegenerativ xəstəliklərdən biri olan Parkinson son statistikalara görə 10 milyona yaxın insanın həyatına təsir edib.

Araşdırma "Nature Medicine" jurnalında dərc olunub.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni 3 qəpikliklər buraxıldı

Aliment borcu bu hallarda silinə bilər

Biznes mühitinin qanunvericilik normaları və elektron dövlət xidmətləri barədə icmal hazırlanıb

“Hazırda Amerikada ev almaq üçün ən gözəl vaxtdır”

Türk lirəsi ilin sonuna qədər tarixin ən aşağı səviyyəsinə düşə bilər

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

İş həyatı kitab oxumağa mane olmur

Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı

Peşə Təhsili üzrə Dövlət Agentliyində yeni mətbuat katibi

Su sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 34 min manata...

Su sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 34 min manata...

Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Azərbaycanda kimlər daha tez pensiya ala bilər? - ARAŞDIRMA

Sənədsiz evləri etibarnamə ilə alanların NƏZƏRİNƏ: Risklər açıqlandı

Bu həftə ardıcıl 7 gün iş olacaq

ARDNF ilə "İFM" MMC arasında 180 minlik müqavilə

Avro və rubl bahalaşdı - Məzənnə

Dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

İşdən çıxan zaman diqqət edilməli 6 məqam - SƏHƏR OXUSU

Bu sahədə işləyənlər daha çox əmək haqqı alır - SİYAHI

Ötən ay xaricdən 5 milyon dollarlıq düyü alınıb

Tarixdə iz buraxmış maliyyə “oyunları” - Fırıldaqların fəsadları

Əhalinin bir nəfəri ayda 480 manat pul xərcləyir

Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA

Bu hallarda əməkhaqqından tutulmalar ola bilər

2024-cü ilin ən pis aviaşirkətləri açıqlandı

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ

İşçilərə bu hallarda fasilələr verilir

Metallurgiya sənayesində 1,2 milyard manatlıq məhsul istehsal edilib

Rusiyada ən çox maaş alan miqrantlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin