Səhiyyə
21.06.2023 / 15:03
"Azəri Med" gömrük qanunvericiliyini pozub
29597
"Azəri Med" Qapalı Səhimdar Cəmiyyəti barəsində məhkəmə iddiası qaldırılıb.
Valyuta.az-ın məlumatına görə, QSC gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Belə ki, şirkət rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib.
Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, QSC rəhbərliyi 1500 manat məbləğində cərimə olunacaq.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay