BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
29335

Onlar həyatlarının bir dönəmində milyonçu olublar. Lakin buraxdıqları səhvlər ucbatından müflislik dərəcəsinə çatıblar. Məsələn, “Mançester Yunayted”in keçmiş müdafiəçisi Ves Braun kimi...

Valyuta.az vaxtilə milyonçu, daha sonra müflis olan məşhur ulduzlarla bağlı araşdırma aparıb.

Ves Braun

Keçmiş Avropa çempionu, “Mançester Yunayted”də həftədə 56.000 avrodan çox qazanırdı. Onun var-dövlətini 10 milyon avroya qədər yüksəltdiyi bildirilirdi. Ancaq sabiq müdafiəçi, yeddiqat İngiltərə çempionu ölkəsinin məhkəməsi tərəfindən müflis elan edilib.

Pol Qaskoyn

Meydançadakı bacarıqları ilə tanınan keçmiş futbolçu bir neçə il alkoqol asılılığı və digər şəxsi problemlərlə mübarizə apardı. 2016-cı ildə 50.000 funt sterlinqdən çox ödənilməmiş vergi borcu olduğu üçün müflisliyini elan etdi. İngiltərə millisinin formasını 57 dəfə geyinmiş Qaskoyn “Qlazqo Reyncers”, “Nyukasl”, “Everton” və “Tottenhem” kimi klublardan keçib. O məşqçi kimi “Alqarve Yunayted”i çalışdırıb.

Corc Best

Başqa bir futbol əfsanəsi… Best bütün həyatı boyu maliyyə problemlərinə səbəb olan alkoqol və qumar asılılığı ilə mübarizə aparırdı. Şimali irlandiyalı futbolçu 1968-ci ildə “Qızıl top”u da qazanmışdı. Ancaq bu qədər zəngin karyeraya baxmayaraq, o da müflislər cərgəsinə qatılıb.

Erik Cemba-Cemba 

Kamerunlu keçmiş futbolçu Premyer Liqada “Mançester Yunayted” və “Aston Villa”da forma geyinib. İngiltərədən ayrıldıqdan sonra da uğur qazanmaq üçün mübarizə aparıb. “Daily Mail”in məlumatına görə, o, “Qətər”də oynayarkən, aylıq 15,000 funt sterlinq maaşla Birmingem məhkəməsi tərəfindən müflis elan edilib.

Daniel Kennedi 

Portuqaliya futbolunun məşhur simalarından olan Kennedi “Benfika” və “Porto”dakı karyerasından sonra kazinolara aludəçiliyi səbəbindən var-dövlətini itirdi. 2002-ci ildə dopinqə görə Yaponiya və Koreyada keçiriləcək dünya çempionatından kənarlaşdırıldı və bir illik diskvalifikasiya olundu. Sonradan o təəssüfünü də gizlətmədi: “Mən çox çətin bir mərhələdən keçdim. Yaxşı yaşamırdım. Bütün bunlarla yanaşı, ailəmi də əldən verdim”.

David Ceyms

Karyerasının zirvəsində, “Portsmut”un əsas futbolçularından biri olduğu dönəmlərdə həftədə 50,000 funt-sterlinq qazanırdı. İngiltərə millisinin sabiq qapıçısı “Liverpul”, “Aston Villa” (eləcə də “Portsmut”) da daxil olmaqla bir neçə Premyer Liqa klubunda oynayıb və sərvətinin 20 milyon funt-sterlinqə çatdığı deyilirdi. Müflis olmasının səbəbləri haqda ətraflı məlumat yoxdur. Lakin bunu, 2005-ci ildə keçmiş həyat yoldaşı Tanya ilə boşanması ilə də əlaqələndirənlər var. 

Adrian Mutu

2003-cü ildə "Parma"dan "Çelsi"yə 22,5 milyon avroya transfer olunan keçmiş rumıniyalı hücumçunun kokain testinin müsbət çıxdığı bildirilir və bu, London klubunun ödədiyi pulu geri qaytarması üçün onu məhkəməyə verməsi ilə nəticələnir. İsveçrə Federal Məhkəməsi futbolçunun 17 milyondan çox pul ödəməli olduğuna qərar verir. Lakin Rumıniya mətbuatında yayılan xəbərlərdə onun müflis olduğu bildirilirdi.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

Azərbaycandan bu ölkəyə neft ixracı 1 ayda 7 dəfə artıb

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin