BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
29297

Kriştiano Ronaldo bir futbol komandasının sahibi olmaq arzusundadır. Yığdığı sərvətlə (hazırda Ərəbistan torpaqlarında sərvət toplamağa davam edir) arzusunu gerçəkləşdirmək üçün o bu resurslara malikdir. Baş verərsə, portuqaliyalı superulduz bir çox keçmiş ulduzların arxasınca düşəcək. Bəs vaxtilə yaşıl meydanlarda xarüqələr yaradan ulduzların hansı biznesləri, klubları var?

Valyuta.az vaxtilə sevə-sevə izlədiyimiz bəzi ulduzların hansı biznesləri olduğunu araşdırıb.

Sesk Fabreqasın Komo gölünün sahilindəki klubu

Onu “Barselona”nın yarımmüdafiəsində və İspaniya millisindəki oyunlarını kim xatırlamır? Keçən ildən bəri Sesk Fabreqas İtaliya B Seriyasını cari mövsüm 13-cü pillədə başa vuran “Komo”nun sahiblərindən biridir. Klub bazası mənzərəli Komo gölünün sahilində yerləşir və 20 il əvvəl ən güclü komandalarla rəqabət apardığı vaxtlarından uzaqdır. "Komo"ya gələndə Fabreqas nəinki sahiblərindən biri, həm də komandanın oyunçusu idi. O, açıqlamasında, "Bura eyni ambisiya ilə gəlirəm: oynamaq, qazanmaq və "Komo"nu A Seriyasına aparmaq istəyirəm" - sözlərini deyib. Komandanın baş direktoru "Çelsi"nin keçmiş futbolçusu Dennis Vaysdır.

Marselo "Mafra"nı alır

"Real"ın keçmiş sol cinah müdafiəçisi Marselo Portuqaliya təmsilçisi "Mafra"nı almaq istəyir. Braziliya millisinin sabiq üzvünün DOZE şirkəti vasitəsilə Portuqaliyanın ikinci liqasında çıxış edən "Mafra" "Sociedade Desportiva Unipessoal por Quotas" (SDUQ) strukturuna qoşuldu. Komanda mövsümü 6-cı yerdə başa vurdu və Marselo məqsədinin braziliyalı futbolçuları Avropaya çıxarmaq olduğunu bildirir. O, açıqlamasında "idmançılarımız üçün Avropada vitrin kimi çalışan "Mafra" var. Biz yeni başlayırıq” - sözlərini söyləyib.

Zlatan İbrahimoviçin heyran olduğu İsveç komandası

Bir neçə gün öncə "Milan"da karyerasını bitirdiyini açıqlayan İbrahimoviçin futboldakı gələcəyi təmin olunub. Keçmiş isveçli hücumçu ölkəsinin 2022-ci ilin son mövsümünü üçüncü yerdə başa vuran “Hammarbi”nin sahiblərindən biridir. Zlatan ABŞ-ın MLS Liqasında çıxış edən “LA Galaxy”nin əsas investoru olan "Anschultz Entertainment Group"un (AEG) pay sahiblərindən biridir. 2019-cu ildə İsveç komandasını alan kimi İbrahimoviç "ehtiraslı azarkeşlərə malik böyük klub" olan "Hammarbi"nin hekayəsini xatırladı: “Mən həmişə "Hammarbi"yə və onun tərəfdarlarına, həmçinin son illərdə meydanda və meydandan kənarda göstərdiyi performansdan heyran olmuşam. İsveçin ən maraqlı və nüfuzlu klublarından birini dəstəkləyərkən AEG ilə münasibətimi davam etdirmək fürsətindən həyəcanlıyam”.

Messinin seçdiyi "İnter Mayami" və... Devid Bekhem

Messi, "Adidas" və "Apple"nin də sponsorluq etdiyi "İnter Mayami" ilə yeni müqavilə imzalayan ABŞ Böyük Futbol Liqasının yeni ulduzudur. Amerika komandasının sahibləri arasında, “Mançester Yunayted”, “Real" və İngiltərə millisinin keçmiş ulduzu Devid Bekhem də var. Mayami klubu 600 milyon ABŞ dolları dəyərində qiymətləndirilir və onun səhmdarları Bekhemdən başqa, müxtəlif iqtisadi maraqları olan iki amerikalı milyarder Xorxe və Xose Mas qardaşlarıdır.

Ronaldo Luis Nazario - "Valyadolid" və "Kruzeyro"

O, 1990-cı illərin sonu və 2000-ci illərdə Avropa qazonlarında parladı. 2011-ci ildə karyerasını bitirsə də, dünya futbolunun böyük adlarından biri olaraq qalır. Ronaldo və ya "Fenomen" kimi tanınan Ronaldo Luis Nazario de Lima hələ də idmanın "şahı" ilə sıx bağlıdır, lakin hazırda futbol geyimi deyil, kostyum və qalstukdan istifadə edir. Onun iki komandası var.  2018-ci ildə İspaniya təmsilçisi "Valyadolid"in 51%-ni satın aldı ki, bu da 30 milyon avro (32 milyon dollar) investisiya deməkdir. Onlar ötən mövsüm La Liqaya yüksəlsə də sonradan ikinci liqaya düşüblər. Ronaldo "Valyadolid"lə də kifayətlənməyib. Bu yaxınlarda ciddi böhran keçirən Braziliya təmsilçisi "Kruzeiro"nun da sahibi olub. Hansı ki, "Yekədiş" futbolçu karyerasının ilk illərində məhz bu klubda çıxış edib və onun parlamasında böyük rolu olub. Keçmiş hücumçu idman şirkətinin 90%-ni təxminən 60 milyon avroya (64 milyon dollar) alıb.

Evra və "Estrela da Amadora"

Portuqaliya futbolunun tarixi komandalarından biri "Estrela da Amadora" keçmiş fransız sol cinah müdafiəçisi Patris Evraya məxsusdur. Futbolçu, Portuqaliyanın birinci liqasına yenicə yüksələn klubun 90%-nə sahib olan MYFC fondunun investorudur. Komandanın sahibi olan şirkəti alarkən Evra bu sözləri demişdi: “Mənə küçələrdə sağ qalmağımı söylədilər, tabe oldum. Mənə dedilər travmadan sağ çıxım, tabe oldum. Mənə dedilər ki, məşqçilik lisenziyası al, tabe oldum. Mənə dedilər 21-dən çox kubok qazan, qazandım. Amma məndən heç vaxt futbol klubu yaratmaq istənilməyib. Hər halda, bunu da etdim”.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin