BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
29241

Son illərdə ərəblərin dünya futbolunun ulduzlarına elçi düşməsi dəb halını alıb. Kriştiano Ronaldonun “Al-Nasr”a keçidindən sonra digər ərəb klubları da dünya şöhrətli futbolçuları əldə etməyə çalışırlar. Bir neçə gün öncə “Real”ın fransalı hücumçusu Kərim Benzema “Al-İttihad”a transfer olundu. PSJ ilə müqaviləsi bitəndən sonra Lionel Messinin də ərəb klublarından biri istəyirdi. Lakin argentinalı superulduz MLS-də çıxış edən “İnter Mayami”ni seçdi. Buna baxmayaraq ərəb klubları hələ də Luka Modriç kimi bir çox tanınmış futbolçuların arxasınca düşüb. Maraqlıdır, əbalıların dünya ulduzlarını öz ölkələrinə cəlb etmələrində məqsədləri nədir? Bir-iki futbolçu ilə inkişaf mümkündürmü? Yoxsa kommersiya məqsədi daşıyır? Bu barədə Azərbaycanın tanınmış məşqçilərindən olan Yunis Hüseynov fikirlərini bölüşüb.

Hüseynov Valyuta.az-a açıqlamasında bu suallar ətrafında danışıb:

“Ərəblərdə pul həddindən artıq çoxdur deyə dünya ulduzlarını ora dəvət edirlər. Düşünürəm ki, bütün bunlar pulun sayəsindədir. Amma bunun da müsbət cəhəti var. Futbola sevgini artırmaq istəyirlər. Bilirik ki, o ölkələrdə futbol o qədər də inkişaf etməyib. Düşünürəm ki, tanınmış futbolçuların ora getməsi gənclərin, həm də futbolun inkişafına təkan verə bilər. İstəyirlər ki, sevgi çox olsun. Benzema ora gedəndən sonra səhv etmirəmsə, 65 minə yaxın israilli vətəndaş onu izləmək üçün Səudiyyə Ərəbistanına yollanmışdı. Orada futbola maraq çox artıb. Gələcəkdə uşaqların da həmin ulduzlara baxıb istəyi çoxala, yaxşı oyunçular yetişə bilər. Gələcəkdə ərəb futbolunun yüksək səviyyəyə çatması ehtimalı var”.

Maraqlıdır, belə ulduzlara bu qədər pul verməyin mənası varmı? Ümumiyyətlə, bu, nəticələrə hansı şəkildə təsir edə bilər?

“Ulduz futbolçular ya Amerikanı ya Avropa ölkələrini seçir. Ərəbistan belədir ki, həm çox isti olur, həm də klublar Asiya çempionatında oynayır. Pul verməsələr yaxşı futbolçular ora getməz. Fikrimcə, ərəblərin məqsədi futbolu daha da inkişaf etdirməkdir. İstər istəməz gənclər ulduzların yanında oynayanda onlardan nəsə öyrənir. Bunun nəticəsidir ki, dünya çempionatında Səudiyyə Ərəbistanı Argentinanı məğlub etdi. Ancaq düşünürəm ki, ərəblər yaxşı oyunla qalib gəldilər”.

Hüseynov təkcə ulduzların transferinin inkişaf üçün kifayət etmədiyini də bildirdi:

“Razıyam, bir-iki ulduzun ora getməsi ilə futbol inkişaf etməz. Əlbəttə, akademiyalara, uşaq futboluna diqqət yetirməsən, 100 nəfər ulduz transfer etsən da inkişaf olmayacaq. Dəqiq bilmirəm Səudiyyə Ərəbistanında akademiyalar varmı, şərait hansı səviyyədədir. Düşünürəm ki, bu qədər pul varsa, ulduzlar dəvət olunursa, uşaq futboluna diqqət yetirilir, meydançalar salınır və şərait yüksək səviyyədədir. 3-5 uduzla inkişaf mümkün deyil. İnkişaf üçün ilk növbədə futbol akademiyaları lazımdır. Sadəcə, şəraitləri haqda ətraflı məlumatım yoxdur. Dünya ulduzlarına külli miqdarda sərmayə qoyurlarsa, uşaq futboluna da diqqət yetirilməlidir”.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin