BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
29160

Dünya futbolunun ən böyük və zəngin klublarından biri olan Madrid “Real”ı transferlərə böyük pullar xərcləməkdən heç vaxt çəkinməyib. Məsələn, Kriştiano Ronaldo və ya Zinəddin Zidan üçün, əlbəttə ki, yüksək məbləğlər ödənilməlidir. Ancaq heç də bütün transferlər planlaşdırıldığı kimi uğurlu alınmır.

Vaklyuta.az “Real”a biznes məqsədilə gətirilən, ancaq bütün planları “suya salan” bahalı futbolçuların bəzilərini nəzərinizə çatdırır.

Conatan Vudqeyt

Vudqeyt həqiqətən də “Lids” və “Nyukasl”da işlədiyi müddətdə real gəlir gətirəcəyinə ümid bəslənilirdi. Onun davam etmək və dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən birinə çevrilmək potensialı var idi. Madrid klubu 2004-cü ildə 13,4 milyon funt-sterlinqə bu futbolçunu transfer edəndə bu, müzakirələrə yol açdı. O vaxt 24 yaşı olan Vudqeyt nadir hallarda rast gəlinən bud zədəsi ilə bir ildən çox vaxt keçirdi. Zədəsini sağaldandan sonra meydançaya çıxanda, avtoqol vurması və qırmızı vərəqə ilə qovulması işləri daha da pisləşdirdi. Vudqeyt 2007-ci ildə “Midlsbro”ya göndərilərkən azarkeşlər tərəfindən “Los Blancos”un 21-ci əsrin ən pis transferi adlandırıldı.

Nikolas Anelka

Anelka ilə müqavilə imzalamaq həmişə riskli idi. "Arsenal"da oynadığı müddətdə fransalı qol vurmaq bacarığı ilə yanaşı xasiyyəti ilə də şöhrət qazanmışdı. Buna baxmayaraq Madrid təmsilçisi 1999-cu ilin yayında onu 22,3 milyon funt-sterlinq qarşılığında transfer etdi. Anelka “Santyaqo Bernabeu”da cəmi bir mövsüm oynadı. Baş məşqçi Visente del Boske ilə fikir ayrılığından sonra məşqdən imtina etmişdi. Anelkanın klub üçün ilk qolunu vurması beş aydan çox çəkdi. Baxmayaraq ki, o vaxt 21 yaşı olan gənc üçün bəzi məqamları qabartmaq olardı. Məsələn, La Liqada ilk qolunu “El Klassiko”da vurmuşdu. Daha sonra vətəni Parisdə Çempionlar Liqasının qalibi adını da qazandı. “Real”da  meydana çıxdığı 31 oyunda cəmi 7 qol vuran futbolçunu ispanlar daha sonra 34.5 milyon avroya PSJ-yə satdı.

Royston Drente

2007-ci ildə 14 milyon avro qarşılığında "Feyenoord"dan alınan niderlandlı futbolçunun transferi səs-küyə səbəb olmuşdu. Hər iki cinahda, eləcə də müdafiə xəttində oynaya bilən çoxyönlü futbolçu “Santyaqo Bernabeu”dakı ilk mövsümündə müntəzəm şəkildə çıxış edirdi və inkişafına ümidlər böyük idi. Marselonun meydana çıxmasından sonra, onun əsas heyətdə şans qazanmaq imkanları “qurumağa” başladı və kölgədə qaldı. “Real”dan ayrıldıqdan sonra futbolçunun karyerası 2012-ci ildə “Ridinq”, ardınca “Şeffild Vednezdey” də daxil olmaqla bir sıra klublarda keçdi. 

Maykl Esyen

Esyen 2005-ci ildə Joze Mourinyo tərəfindən “Çelsi”yə gətirildikdən sonra Avropanın ən yaxşı və davamlı yarımmüdafiəçilərindən birinə çevrilmişdi - buna görə də Mourinyo 2012-ci ildə, o vaxt qiyməti 24 milyon avro olan qanalını “Real”a icarəyə götürməyi seçəndə bu, təbii uyğunluq kimi görünürdü. Portuqaliyalı məşqçi hətta təqdimat mərasimində yarımmüdafiəçini "oğlu", Esyen isə onu "ata" adlandırdı. O, klubu La Liqa çempionluğunu qoruya bilmədiyi üçün heç vaxt əsas komandaya keçməyi bacarmadı. Esyenin “Real” macərası Mourinyonun klubdan ayrılması ilə sona çatdı. Bu qədər potensiala malik olan, lakin onu heç vaxt reallaşdıra bilməyən futbolçu…

Kaka

Bu hərəkət o zaman çox düzgün qəbul olunurdu. Messi və Ronaldonun meydana çıxmasından sonra belə, Kaka hələ 2009-cu ildə dünyanın ən yaxşı oyunçularından biri hesab edilirdi. Buna görə də dünyanın ən böyük klubuna qoşulmaq, cənnətdə keçirilən bir karyera kimi görünürdü. Lakin Madriddə braziliyalı üçün hər şey heç də uğurlu olmadı. Zədəsi Kakaya ciddi şəkildə mane oldu və 2010-cu ildə dizindən əməliyyat keçirdikdən sonra inkişafı əngəlləndi. Ancaq bacarıqları və oyun quruculuğu nəticəsində “Qızıl top”un qalibi oldu. Gənc Məsut Özilin gəlişindən sonra isə komandadan kənarlaşdırldı. 67 milyon avroya transfer olunduğu "Real"da keçirdiyi 4 il ərzində meydana çıxdığı 120 oyunda cəmi 9 qola və 32 məhsuldar ötürməyə imza atmışdı. 

Nuri Şahin

Zədənin mane olduğu digər futbolçu. Şahinin “Real”dakı vaxtını ancaq kabus kimi təsvir etmək olar. 2011-ci ildə Dortmunddan 10 milyon avroya transfer edildikdən sonra "Real"da onun potensialını o qədər yüksək qiymətləndirdilər ki, altıillik müqavilə imzaladılar. Komandası ilə dördqat La Liqa çempionu olduqdan sonra o, klubu tərk etdi. 2012-13 mövsümündə 5 milyon avroya “Liverpul”da bir mövsüm icarədə olması belə işləri dəyişməyə kömək etmədi. Şahin 2014-cü ildə cəmi yeddi milyon funt-sterlinqə Dortmund “Borussiya”sına qayıtdı.

Luka Joviç

Yoviç 2019-cu ildə “Ayntraxt”dan 63 milyon avroya transfer olduğu “Real”da Kərim Benzemaya əvəzləyici olacağına dair ümidlər vardı. Ancaq 38 oyun ərzində cəmi iki qol vurduqdan sonra 23 yaşlı futbolçu üçün artıq hər şey bitdi. O, ötən mövsüm “Ayntraxt”a icarəyə verildi. Keçən yay isə “Fiorentina” ilə müqavilə bağlayaraq, həmişəlik ayrıldı. O, “Real”ın heyətində meydana çıxdığı 51 oyunda cəmi üç qolla yadda qaldı.

Danilo

"Növbəti Dani Alveş" kimi qiymətləndirilən Danilo 2015-ci ildə 31 milyon funt-sterlinq qarşılığında “Real”a keçdi. Ancaq o, ilk mövsümdə nadir hallarda meydana çıxırdı. Braziliyalı üçün ən utancverici məqam, “Kral Kuboku”nda “Selta” ilə oyunda komik avtoqol vurması oldu. Nadir hallarda oynasa da Madrid klubu onun üçün ödədikləri pulun demək olar ki, hamısını geri ala bildi - 2017-ci ildə futbolçu 26,5 milyon funt-sterlinqə “Mançester Siti”yə satıldı. Təəssüf ki, futbolçu o klubda da uğursuzluq yaşadı. 

Vesli Şneyder

2007-2009-cu illər, demək olar ki, Şneyderin parlaq karyerasının unudulmuş illəri kimi görünür. O, Madridə 27 milyon funt-sterlinq qarşılığında köçdü, lakin iki mövsümdə cəmi 11 qol vurdu. Şneyder 2009-cu ilin yayında Milan “İnter”inə satıldı.

Eden Azar

Belçikalı forvard 2009-cu ildə potensial yüksək qazanc gətirə biləcək futbolçu kimi görünürdü. O, "Çelsi"də yeddi il əla mövsüm keçirdi. Daha sonra “Real”da Kriştiano Ronaldo və Qaret Beyl kimi oyunçularla müqayisə olunurdu. Azar Madriddə keçirdiyi dörd il ərzində bütün kubokları qazandı, lakin bunun ona heç bir təsiri olmadı. 100 milyon avroya transfer edildiyi “Real”da dörd mövsüm ərzində meydana çıxdığı 76 oyunda cəmi 7 qol və 12 məhsuldar ötürməyə imza atmışdı.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin