BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
29144

"Google" elan edib ki, bulud yaddaşı "Disk" (Drive) "Windows" 8 və 8.1 ilə işləyən bütün kompüterlərdə işləməyi dayandıracaq. Bu, avqustda baş verəcək.

Valyuta.az "The Verge" portalına istinadən xəbər verir ki, bu, yerli məlumatları “bulud”la sinxronlaşdırmağa, “Google Foto”da foto və videoların ehtiyat nüsxələrini çıxarmağa imkan verən xüsusi fərdi kompüter proqramıdır. Avqust ayından etibarən siyahıda OS versiyaları olan PC istifadəçiləri bunu edə bilməyəcəklər.

Onlar köhnə sistemdə düzgün işləməsi şərti ilə "Disk"in brauzer versiyasından istifadə etməli olacaqlar. Bununla əlaqədar olaraq, "Google" bu istifadəçilərə əməliyyat sisteminin daha yeni versiyasını - "Windows" 10 və ya 11-i quraşdırmağı tövsiyə edir.

"Google" həmçinin xəbərdarlıq edir ki, "Drive" proqramının masaüstü versiyası avqust ayından başlayaraq "Windows"un 32 bitlik versiyaları ilə uyğun gəlməyəcək. "Windows" 11 yalnız 64 bitlik versiyada mövcuddur və "onluğun" 32 bit versiyasına yüksəltmək belə bir vəziyyətdə kömək etməyəcək - bulud bu kompüterdə işləməyəcək.

2023-cü ilin əvvəlində "Google" köhnə "Windows" üçün dəstəyi tədricən dayandırmağa başlayıb. Bundan əvvəl şirkət öz xüsusi brauzerinin "Windows" 7 və 8.1 ilə uyğunluğunu dayandırmışdı. Digər şirkətlər də oxşar addımlar atır.

"Windows" 7 və 8-in buraxılışından on ildən çox vaxt keçməsinə baxmayaraq, köhnə versiyalar hələ də populyardır: bu günə olan məlumata görə, "7" kompüterlərin 3,5%-ində quraşdırılıb. "Windows" 8 və 8.1-in payı isə 1%-dir.

Bu arada, gələn il “Windows 12” buraxılacaq ki, burada əsas diqqət süni intellektə, texniki və proqram təminatının optimallaşdırılmasına yönəldiləcək. Dizayn baxımından isə "Windows" 12 MacOS-a daha çox bənzəyəcək.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin