BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
29006

“Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Tottenhem”, “Barselona”, “Real” və PSJ dünya futbolunun ən dəyərli oyunçuları ilə öyünən böyük klublar hesab olunur.

Valyuta.az xəbər verir ki, hazırda ən dəyərli futbolçuların siyahısında PSJ-nin hücumçusu Kilian Mbappe zirvədədir. İkinci pilləni “Mançester Siti”dən Erlinq Haland tutursa, ilk “üçlüy”ü “Real”ın gənc ulduzu Vinisius Junior qapayır. Mbappenin keçən yay azad agent kimi “Real”a qoşulacağı haqda söhbətlər yayılsa da, PSJ onu yüksək maliyyə şərtləri ilə saxlamağı bacardı. 24 yaşlı oyunçu klubla üçillik müqaviləyə imza atdı.

İllik 60 milyon avro qarşılığında keçən yay “Mançester Siti”yə transfer olunan Haland İngiltərə Premyer Liqasında ilk mövsümünü möhtəşəm şəkildə başa vurdu. Hücumçunun Mançester təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Buna baxmayaraq norveçli hücumçunun “Real”a keçəcəyi barədə söz-söhbətlər də gəzməkdədir. Madrid klubu transfer siyahısında ilk pillədə yer alan Halanddan əl çəkmək niyyətində deyil. Ancaq onu əldə etmək üçün klubun prezidenti Florentino Perez, belə demək mümkünsə, bank yarmalıdır.

Sözügedən klubların həyata keçirdiyi transferlər, xüsusən də onların qiyməti böyük maraqla qarşılanır. Məsələn, yaxın vaxtlarda “Real”a transfer ediləcəyi gözlənilən “Borussiya”nın (Dortmund) futbolçusu Jude Bellinqem 120 milyon avro dəyərində qiymətləndirilir. Bu, yarımmüdafiəçini dünyanın ən bahalı dördüncü oyunçusuna çevirir. O, "Arsenal"dan Bukayo Saka və "Mançester Siti"dən Fil Fodeni qabaqlayıb. Saka ötən mövsüm “Topçular”ın heyətində göstərdiyi oyunla ilk “beşliy”ə daxil olub. Nəticədə klub 21 yaşlı futbolçu ilə daha yaxşı şərtlərlə müqavilə bağlayıb. 

“Real”dan Federiko Valverde, Aurelien Çuameni və Rodriqo da bahalı futbolçular siyahısındadır. Onlar 80 milyon avro civarında dəyərləndirilir. 

Ümumilikdə “Mançester Siti” bu siyahıda daha çox futbolçu ilə təmsil olunur - Kevin De Bruyne, Bernardo Silva, Rodri, Fil Foden və Haaland…

“Barselona”nın son vaxtlar diqqət cəlb edən dueti Qavi və Pedri birlikdə 190 milyon avro dəyərində qiymətləndirilir. “Tottenhem”in ikonası Harri Keyn isə uşaqlıq klubu ilə müqaviləsinin son ilinə yaxınlaşmasına baxmayaraq, qiyməti heç də az deyil - 90 milyon avro. 

“Çelsi”nin rekord qiymətə transfer etdiyi Enzo Fernandez və “Mançester Yunayted”dən Markus Raşford, müvafiq olaraq 85 və 80 milyon avro dəyərindədir.

“Transfermarkt”ın qiymətləndirməsinə əsasən hazırda dünyanın ən dəyərli oyunçularının siyahısını nəzərinizə çatdırırıq:

1. Kilian Mbappe – 180 milyon avro
2. Erlinq Haaland – 170 milyon avro
3. Vinisius Junior – 120 milyon avro
4. Jude Bellinqem – 120 milyon avro
5. Camal Musiala – 110 milyon avro
6. Bukayo Saka – 110 milyon avro
7. Fil Foden – 110 milyon avro
8. Pedri – 100 milyon avro
9. Viktor Osimhen – 100 milyon avro
10. Federiko Valverde – 100 milyon avro
11. Qavi – 90 milyon avro
12. Aurelien Çuameni – 90 milyon avro
13. Harri Keyn – 90 milyon avro
14. Enzo Fernandes – 85 milyon avro
15. Florian Virtz – 85 milyon avro
16. Xviça Kvaratsxeliya – 80 milyon avro
17. Rodriqo – 80 milyon avro
18. Lautaro Martinez – 80 milyon avro
19. Deklan Rays – 80 milyon avro
20. Rodri – 80 milyon avro
21. Rafael Leao – 80 milyon avro
22. Kristofer Nkunku – 80 milyon avro
23. Martin Odeqaard – 80 milyon avro
24. Bernardo Silva – 80 milyon avro
25. Markus Raşford – 80 milyon avro
26. Coşua Kimmix – 80 milyon avro
27. Kevin De Bruyne – 80 milyon avro

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin