Sənaye
06.06.2023 / 10:14
Azərbaycan qeyri-neft ixracını 22 % artırıb
28970
Bu ilin yanvar-may aylarında Azərbaycan 1 465,85 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə Valyuta.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 % çoxdur.
Təkcə mayda isə qeyri-neft ixracının dəyəri 278,25 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 047,67 milyon ABŞ dolları təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay