Sənaye
03.05.2023 / 12:29
AMB bu il qeyri-neft sektorunda 6 % artım gözləyir
28309
Bu il Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 6 % artım gözlənilir.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Vüqar Əhmədov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Ümumiyyətlə, AMB ölkə iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır. Buna sərmayələr və ildən-ilə artan insan kapitalı kömək edir”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 30 milyard 310,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 % artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay