Bu il onlayn qaydada neçə avtomobil sığortalanıb? - RƏSMİ
Bu ilin dörd ayında avtomobillərin icbari sığortası üzrə birbaşa onlayn qaydada 210 mindən çox avtomobil sığortalanıb.
Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.
O bildirib ki, bura avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətlərinin rəsmi səhifələri, həm də İcbari Sığorta Bürosunun elektron səhifəsi üzərində asan keçidlə əldə olunan onlayn sığortalar daxildir.
Rəşad Əhmədov qeyd edib ki, yeni tələblərin qüvvəyə minməsindən sonra kiçik mühərrikli avtomobillərin sığortası ilə bağlı hər hansı bir şikayət daxil olmayıb.
Rəşad Əhmədov bundan əlavə, İcbari Sığorta Bürosunun (İSB) son 5 ildə Azərbaycanda naməlum və yaxud oğurlanmış, eləcə də sığortasız nəqliyyat vasitələri ilə vurulmuş zərərə görə 3,752 milyon manat kompensasiya ödənildiyini açıqlayıb. Təkcə 2022-ci il üzrə isə bu rəqəm 1,492 milyon manat təşkil edib.
İlqar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay