BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
28037

Avropa ölkələrinin bəzilərində 4 günlük iş sistemi mexanizmi tanınsa da, insanlar bu yeniliyə elə də rəğbət göstərməyib. 

Məsələn, Belçika ötən ilin sonunda Avropa Birliyində (AB) işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən ilk ölkə oldu.

Belə ki, Belçika hökumətinin ötən ilin sonunda qüvvəyə mindirdiyi tənzimləmə ilə işçilər istəyə və işəgötürənlə razılaşdıqları təqdirdə 38 saatlıq iş həftəsini 5 gün əvəzinə 4 gündə tamamlaya bilərlər. Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə bilərlər.

Amma bununla belə, “Securex” insan resursları konsaltinq şirkətinin araşdırmasına görə, hazırda Belçikada tam ştatlı işçilərin yalnız 0,73 faizi həftədə 4 gün işləyir.

1000-dən az işçisi olan şirkətlərdə bu göstərici daha aşağıdır. Bu şirkətlərdə çalışanların 45 faizi 4 gün işləməyə üstünlük verdiyi halda, sayı 1000-dən çox olan şirkətlərdə bu nisbət 75 faizə yüksəlir.

Təqdim edilməmişdən əvvəl çox populyar olacağı gözlənilən tətbiqə üstünlük verilməməsi təəccüblə qarşılanıb.

“Securex” yeniliyin rəğbət görməməsinin iki əsas səbəbini açıqlayıb. Bunlardan birincisi, işçilərin 4 günlük iş sisteminin faydalarına hələ də əmin olmamasıdır. Digəri isə odur ki, 4 gün işləmək, xüsusən işçiləri az olan şirkətlərdə inzibati və təşkilati ziyana səbəb olur.

Belçikanın "L'Echo" qəzetinə danışan Əmək Nazirliyinin sözçüsü, hökumətin bu hüquqi tənzimləməni edərkən məqsədinin hamının 4 gün işləmək məcburiyyətində qalmasını təmin etmək deyil, bunu bir seçim kimi təklif etmək olduğunu bildirib.

Nazirlik rəsmisi bildirib ki, bu praktika işçilərin öz ixtiyarındadır: 

“4 günlük işə keçmək işçilərin işəgötürənə müraciət etməsi nəticəsində məsləhətləşərək verilən qərar olmalıdır. Bu cür yeniliyin mərhələli şəkildə həyata keçirilməsi normal haldır”.

İnformasiyanı təqdim etmək məqsədimiz inkişaf etmiş Avropa ölkələrinin bu yeniliyinin ölkəmizdə də olması arzusundan doğmur. Bizim öz reallığımız var. Amma Avropa 4 günlük iş sistemini tətbiq edərkən, ölkəmizdə insanlarımızın şənbə günləri daxil olmaqla, bəzən bazar günləri də işləmək məcburiyyətində qalması bizi düşündürməyə bilmir. 

Görəsən, biz insanların iş rejimini necə tənzimləyə bilərik ki, işdən bezmək əvəzinə, Belçikadakı kimi 4 günlük rejimi bəyənməsinlər? Yaxud da bu sahədə bizim hələ əsas görülməli işlərimiz hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını Milli Məclisin üzvü, iqtisadçı-alim Vüqar Bayramov cavablandırıb. 

Millət vəkili bildirib ki, 4 günlük iş rejiminə keçid bu gün bır sıra inkişaf etmiş ölkələrdə müzakirə olunur:

“Bu ideyanı ən çox dəstəkləyən ölkələrdən biri də Böyük Britaniyadır. Böyük Britaniya 4 günlük iş rejimini mərhələli şəkildə bütün sektorlarda tətbiq etməyə çalışır”.

Ölkəmizə gəlincə, Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan əmək bazarı üçün 4 günlük iş rejiminin tətbiq eilməsindən çox əmək bazarında əmək hüquqlarının qorunması, bütövlükdə məşğulluğun leqallaşdırılması istiqamətində islahatların dərinləşməsi daha vacibdir: 

“Hazırda Azərbaycan əmək bazarı üçün iş günlərinin azaldılması deyil, işçilərin əmək hüquqlarının tam olaraq qorunması ilə bağlı islahatlaraın dərinləşməsi vacibdir. Çünki bu gün, xüsusilə də işçilərin əmək hüquqlarının qorunması istiqamətində daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Məşğul əhalimizin tam olaraq rəsmi əmək müqaviləsi ilə çalışması, ödənilən əmək müqavilələrində əmək haqqı məbləğlərinin tam göstərilməsi kimi məsələlər var ki, onların həlli daha vacibdir. 

Nəzərə alsaq ki, əmək hüquqları, həm də vətəndaşlarımızın pensiya və digər hüquqlarına birbaşa təsir göstərir, o baxımdan bu gün Azərbaycan üçün prioritet, əmək hüquqları daxil olmaqla, əmək bazarında islahatların daha da dərinləşdirilməsidir. Bu islahatlar artıq həyata keçirildikdən sonra digər məsələlər, o cümlədən iş saatları və iş günləri ilə bağlı məsələlərin müzakirəsi mümkündür”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Durovun həbsi "Telegram"ı dayandırmadı: Şirkət 1,5 milyard dollar gəlir əldə edib

BYD ilk dəfə Avropada "Tesla"dan çox avtomobil satdı

Qarabağ Universiteti 4 milyonluq invertar və avadanlıq alır

Şəxsi məlumatlarınızı qoruyun: Wi-Fi təhlükəsizliyi üçün 5 addım

Bu şirkətin yarım milyonluq manata yaxın vergi borcu var

"Apple" iki "iPhone" modelini "vintaj" elan etdi: Bu nə deməkdir?

Mikayıl Cabbarova yeni vəzifə verildi

Tütün məmulatlarının idxalı azaldı

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Prezidentdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

Nazirliyin işçilərinin sayı artırıldı

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Prezident onları təltif etdi - Sərəncam

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi

Ən sürətli internetə sahib şəhərlər açıqlandı - Bakı neçənci yerdədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin