BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9334
  • RUB
    2.0684
  • TRY
    0.0442
  • GBP
    2.2762
27468
Son dövrlərdə dünya bazarlarında taxılın ucuzlaşması Azərbaycan bazarına da təsirini göstərir. Bunu iri marketlərdə unun, çörəyin ucuzlaşması ilə görürük. Un bazarında 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5-37,2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40,7-41,5 manat təşkil edirdi. Cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.
 
Məlumat üçün bildirək ki, 4 il bundan öncə BMT dünyada taxıl-buğda qıtlığının olacağı ilə bağlı xəbərdarlıq edirdi. Hətta Milli Məclisdə ciddi müzakirələr aparılır, anbarlarda buğda-taxıl ehtiyatını təmin etmək üçün təkliflər irəli sürülürdü. Bəs indi vəziyyət necədir? Yaranmış yeni şəraitdə ölkənin taxıl ehtiyatlarının artırılması ilə bağlı hansısa tədbirlər görülürmü? Qiymətlərin ucuzlaşmasından taxıl ehtiyatlarımızı artırmaq üçün istifadə edə bilərikmi?
 
1,4 milyon ton taxıl idxal edirik
 
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyir ki, dünya bazarında taxılın ucuzlaşmasının əsas səbəblərindən biri taxıl sazişinin genişləndirilməsi və vaxtının uzadılmasıdır. O cümlədən, BMT taxılın qiymətinin aşağı düşməsi üçün bir sıra qabaqlayıcı tədbirlər görür: "Azərbaycan hər il Rusiya və Qazaxıstandan taxıl idxal edir. Taxıla olan illik tələbatımız 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Tək ötən il Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 15 227 ton taxıl idxal edib. Bu idxal bizi Ulyanovskdan ən çox taxıl idxal edən ölkələr sırasına daxil etdi”. 
 
İşğaldan azad rayonlarda 100 min ton buğda yığılacaq
 
M.Əliyevanın sözlərinə görə, hazırda Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var: "Hökumət taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində işlər görür. Ölkəmizdə taxıl qıtlığının yaranması gözlənilmir. Müvafiq qurumlar bu ehtiyatı artırmağa çalışırlar. Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovuz bölgəsində yetişdirilirdi. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir”. 
 
Taxıl ehtiyatlarımızda azalma qeydə alınmayıb
 
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, dünya bazarında bu sahədə böhran olduğu vaxtda belə, Azərbaycanın taxıl ehtiyatları ilə bağlı ciddi problemi olmayıb: "2021-ci ildən başlayan böhran 2022-ci ildə daha kəskin davam edirdi. Biz bu vəziyyətdə belə, taxıl, buğda tədarükündə heç bir problem yaşamadıq. Dövlətin sahibkarlara verdiyi dəstək və düzgün xarici siyasətlə görülən tədbirlər hesabına 2022-ci ildə ölkəyə idxal olunan buğdanın həcmi 2021-ci ilin göstəricilərindən artıq oldu. Azərbaycanda buğda tədarükündə ehtiyatlarda tükənmə və ya aşağı səviyyədə azalma heç vaxt qeydiyyata alınmayıb”.
 
Yerli istehsala üstünlük verilir
 
Mütəxəssis deyir ki, hazırda dünyada bazar şərtləri daha əlverişlidir və idxal mənbələrindən tədarük davam edir: "Ancaq bu prosesdə ehtiyatlarımızı yerli istehsalla artırmaq dövlətin əsas prioritetidir. Bunun üçün də aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib. Prezidentin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanına əsasən, fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə, məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Bununla yanaşı, bu fərmanla ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemləri də tətbiq edilir. İstehsal olunan ərzaqlıq buğdanın hər tonuna görə, 100 manat subsidiya müəyyən olunub. Bununla da yerli istehsal hesabına ilbəil artım gözləyirik. Dünya bazarında nə baş verməsindən asılı olmayaraq yerli istehsal həcminin artırılmasını əsas vəzifə kimi müəyyən etmişik. Taxıl ehtiyatı ilə bağlı böhran vaxtı belə, problemimiz olmayıb, indi də yoxdur”.
 
Ekspertdən nikbin proqnoz
 
İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, ərzaq buğdasını əsasən Rusiyadan idxal edirik: "Azərbaycanın Rusiyadan təxmini idxalı 1,2-1,3 milyon tondur. Az bir hissəsini isə ötən il Qazaxıstandan almışıq. Ukrayna-Rusiya müharibəsi çərçivəsində taxılla bağlı dünya bazarlarında yaranan böhran bizə ciddi təsir etmədi. Ölkənin daxili imkanları da tələbatımızı ödəyir. Dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər öz töhfəsini verəcək. Böyük istehlakçılarla müqavilələr bağlanır və işlər görülür. Ərzaq buğdası parametrinə uyğun olan taxıllar dövlətin ehtiyat fondu, dəyirmanlar tərəfindən satın alınacaq. İndiyə qədər Azərbaycanda təxminən 220 manat torpaq subsidiyası verilirdi. Bundan əlavə, ərzaq buğdası istehsal edənlərə də məhsul subsidiyası veriləcək. Ölkədə taxıl ehtiyatlarının azalması ilə bağlı problem gözlənilmir”.
 
Mənbə: "Kaspi" qəzeti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu qurum nazirliyin tərkibinə verildi

Xaricə gedən azərbaycanlılar harada gecələyir?

Neftimizin qiyməti 65 dollardan aşağı düşüb

"Avto Hospital"ın vergi borcu var

Bakıda söküntülər başladı: Kompensasiya sakinləri qane etmir (VİDEO)

Bakıda söküntülər başladı: Kompensasiya sakinləri qane etmir (VİDEO)

“Azəralüminium”un ixrac gəlirləri 4 milyon manatdan çox artıb

Bu günün valyuta məzənnələri

"Bitcoin" 96 min dollar oldu - Kriptovalyutaların qiyməti qalxdı

Süni intellektlə musiqi yarada biləcəyiniz ən yaxşı 7 pulsuz tətbiq - SƏHƏR OXUSU

"Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?

Külli miqdarda vergi borcu olan sirli şirkət kimindir?

"Skype" mayın 5-də bağlanacaq

Bu aparatlardan istifadə edənlər 15 manat rüsum ödəyəcək

Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı

BMU 177 min manatlıq vasitəçi xidməti alır

“Mvorld Tekstil” MMC-nin külli miqdarda vergi borcu var

Tərəvəz məhsulları niyə bahalaşıb? - Səbəblər

Tərəvəz məhsulları niyə bahalaşıb? - Səbəblər

DSX yarım milyonluq təkər alır

150 minlik borca görə xəbərdarlıq edildi

“3 milyondan çox vətəndaşın banklara kredit borcu var”

Sosial yardım adı altında dələduzluq - Diqqətli olun!

İcra hakimiyyəti bu şirkətdən yarım milyonluq texnika alır

Çində "XPeng", "Li Auto" və "NIO"nun aprel satışları kəskin artıb

Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı

Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı

Kirayə qiymətləri cib yandırır - Daha nə qədər ARTACAQ? - AÇIQLAMA

2025-ci ilin ən çox satılan ağıllı telefonları - İlk yerdə bu markadır

Səhiyyə mərkəzinin növbəti milyonluq tenderini tanış şirkətlər uddu

19 milyon manatlıq “Saloglu Holding" ləğv olunan şirkəti öz tərkibinə qatdı

Misirdən 8 manata alıb Rusiyaya 5 dəfə ucuz satmışıq - 1 manat 68 qəpikdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin