BAKU Azərbaycan
20.22°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
27369

Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib.

Qərarda qeyd edilir ki, “Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın”.

Maraqlıdır, yeni qaydanın tətbiqi avtomobil idxalında gömrük rüsumlarının azalmasına səbəb ola bilərmi? Ümumiyyətlə, bu məhdudiyyət avtomobil bazarına hansı formada təsir edəcək?

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, yay fəslində bəzi avtomobillər bahalaşa bilər:

“Nazirlər Kabinetinin yeni qərarı ölkədə avtomobil parkının yenilənməsinə və ekeoloji vəziyyətin yaxşılaşdırılmasına yönlənib. Belə ki, yaşı 10-dan çox olan avtomobillərin sayı ölkəmizdə həddindən çoxdur. Son illər ərzində Gürcüstandan Azərbaycana ömrünü başa vurmuş, yararsız, metallom daşınıb. Bunun qarşısı qismən alınacaq. Həmçinin, ola bilər ki, bu qərarın verilməsi yeni bir qərarı şərtləndirir. Yəni mümkündür ki, Azərbaycan Avro-4 standartlarından Avro-5 standartına keçid etsin. Onu da qeyd edim ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avotomobil bazarında köhnə maşınların qiyməti 2 faiz yüksələ bilər.

Bununla yanaşı, qeyd etmək istərdim ki, qərarın qüvvəyə minmə tarixi 30 gün sonra üçün nəzərdə tutulub. Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil Yaponiya, Cənubi Koreya, ABŞ kimi ölkələrdən gətirildiyi üçün yoldadır. Oradan da avtomobillərin gəmi ilə gətirilməsi minimum 2-3 ay vaxt aparır. Bəlkə də dövlət sosialyönümlü siyasətini nəzərə alaraq 30 gün müddətini 60 günədək uzatsa, yaxşı olar. Əks təqdirdə həmin avtomobillər Gürcüstan limanında qala, vətəndaşlarımıza maddi ziyam dəyə bilər”.

Ekspert mühərrik həcmi kiçik olan avtomobillər üçün gömrük rüsumlarının azaldılmasının uyğun olduğunu da vurğulayıb:

“Yeni qaydanın tətbiqindən sonra ölkəmizə idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının azaldılması yaxşı olardı. Dövlət artıq bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, ölkəmizə idxal olunan hibrid avtomobillər və elektromobillər üçün güzəştlər tətbiq edilib. Elektromobillər ümumiyyətlə bütün gömrük rüsumlarından azaddır, hibrid  avotomobillər isə idxal zamanı ƏDV-dən azad edilib. Düşünürəm ki, gələcəkdə yeni və mühərrik həcmi kiçik olan avotomobillər üçün müəyyən güzəştlərin tətbiq edilməsi avtomobil bazarına müsbət təsir edərdi”. //Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin