Sənaye
14.03.2023 / 10:45
Bu zavoda yeni sədr təyin edildi
27117
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus, 2018-ci ildən fəaliyyət göstərən "ASK Şüşə" MMC-nin bazasında bu il yaradılmış və özəlləşdirməyə hazırlanan "Qaradağ Şüşə Zavodu" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Report" xəbər verir ki, bu, İsgəndər Əliyevdir.
O, indiyə qədər səhmdar cəmiyyətinin sədrinin müşaviri olub və yeni vəzifəsində Türkiyə vətəndaşı Cüneyt Cebecini əvəz edib.
Xatırladaq ki, "Qaradağ Şüşə Zavodu"nun nizamnamə kapitalı 35 milyon 950 min 630 manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay