“Azərbaycan İnvestisiya Şirkəti” və "Star Mining" birgə müəssisə yaratdı
İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq "Şahbulaq daş karxanası" layihəsinə dair müsabiqənin qalibi "Star Mining" MMC ilə birgə "Shahbulaq Mining" MMC-ni təsis edib.
Valyuta.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
"Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır", - deyə o qeyd edib.
Nazirlik yanında Dövlət Vergi Xidməti "Şhahbulag Mining"i ötən il dekabrın 2-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, General İzzət Həmidov küçəsi, 31, məhəllə 3 161, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Rüstəm Ağalı oğlu Muxtarovdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay