BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
25866

Sumqayıt Şəhər İcra Hakimiyyəti "Grant Dual” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 19 380 AZN olan müqavilədə bayram tədbirlərinin təşkilinin satın alınması nəzərdə tutulur.

Tenderin şərtlərindən məlum olur ki, İcra Hakimiyyəti şirkətdən 200 ədəd kiçik, 200 ədəd böyük ölçülü bayraqlar, 450 kvadratmetrlik plakat və transporantlar, 100 ədəd isə afişa alacaq. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Grant Dual” MMC 1 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Bakı-2 küçəsi, ev 26, mənzil 33-də yerləşir. MMC-nin qanuni təsisçisi Məmmədova Lalə Vahid qızıdır.

Açıq mənbələrdə "Grant Dual” MMC və Lalə Məmmədov barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də telefon nömrələri var. Görünür, bu, "Grant Dual” MMC-nin yeni yaranması ilə bağlıdır.  

Bəs 3 ayın şirkəti satınalma müsabiqəsində necə iştirak edib? "Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində deyilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması gərəkdir. 3 aydır yaranan, adicə veb-səhifəsi belə, olmayan şirkətin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür. 

Maraqlıdır ki, "Grant Dual” MMC yeni yaranmasına baxmayaraq, artıq beş satınalma müsabiqəsinin qalibi olub. Bunlardan ikisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin, digər üçü isə Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin keçirdiyi müsabiqədir. Müqavilələrin hamısı dekabr ayında imzalanıb. 

Müqavilələrdən o da aydın olur ki, "Grant Dual” MMC təkcə bayraq satmır. Şirkət eyni zamanda stol, stul, soyuducu, su qızdırıcısı, kompüter və s. bu kimi avadanlıqların satışı ilə məşğuldur. "Grant Dual” MMC eyni zamanda istehlakyönlü xidmətlər də göstərir. Bu xidmətlərə sənədlərin cildlənməsi, katriclərin və odsöndürən balonların doldurulması ilə məşğuldur.

Yeni yaranan şirkətin bir ayın içində Sumqayıtda beş satınalma müsabiqəsinin qalibi olması bir qədər şübhəli görünür. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin