Süleyman Mikayılovun “Qara Qaya”sı - 2 manatlıq şirkət tenderləri necə udur?
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Qara Qaya” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 175 331.6 AZN təşkil edən müqavilədə yolların əsaslı təmir işlərinin satınalınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.
Açıq mənbələrdə nə Aydın Əliyarov, nə də şirkət haqqında məlumatlar var.
Maraqlıdır ki, şirkət əsas Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur. Müqavilədə abadlaşdırma ilə bağlı mal-materialların, yumşaq invertar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay