BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
25583
Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
 
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Əziz Fatehoviç Əzizov (VÖEN – 1402080532) olub.
 
Əziz Əzizov Dünya Azərbaycanlıların Həmrəylik Gününə və Yeni İl bayramına həsr olunmuş "Qış nağılı” adlı tədbirlə bağlı xidmətlər təqdim edəcək.
 
Görüləcək işlərin qarşılığında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi Əziz Əzizova 46 min 900 manat vəsait ödəyəcək.
 
Məlumat üçün qeyd edək ki, Əziz Əzizov daha əvvəl də Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyinin keçirdiyi analoji tenderlərin qalibi olub.
 
 
Tenderin qalibi olan Əziz Əzizov barəsində açıq internet resurslarda məlumat yoxdur. Yeganə məlumat odur ki, 1980-ci il təvəllüdlü Əziz Əzizov 2021-ci ildə "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin təmsilçisi kimi Gənclər və İdman Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizəd olub.
 
Maraqlı məqmlardan biri odur ki, hazırda tenderi keçirən qurumun - Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədr müavini Ağacan Əhməd oğlu Əhmədov "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin sədri olub. Ağacan Əhmədov 28 avqust 2018-ci ildə Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədr müavini təyin olunub. Bu tarixdən cəmi 13 gün əvvəl – 15 avqust 2018-ci ildə Ağacan Əhmədov "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin qanuni təmsilçisi seçilib.
 
 
Qeyd olunan məlumatlardan açıq şəkildə görünür ki, tenderi keçirən qurumun - Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyidəki şəxslə (Sədr müavini) tenderin qalibi olan şəxs (Əziz Əzizov) eyni təşkilatda ("Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin) təmsil olunublar.
 
Diqqət çəkən məqamlardan biri də odur ki, fərdi sahibkar Əziz Əzizov Ağacan Əhmədov sədr müavini təyin olunduqadan sonra yalnız Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi tenderlərdə qalib olub. Əziz Əzizovun adına nə başqa qurumların tenderində, nə də 2019-cu ildən əvvəlki tarixlərdə keçirilən tenderlərdə rast gəlmək olmur.
 
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədr müavini Ağacan Əhmədov tenderin qalibi olan Əziz Əzizovu tanıdığını bildirdi. Sədr müavini Əziz Əzizovun tenderdə qalib olmasının onunla heç bir əlaqəsinin olmadığını qeyd etdi.
Xatırladaq ki, hazırda Dənizkənarı Bulvar İdarəsinin tərkibində olan Dövlət Bayrağı Meydanı 2016-cı ilə kimi ayrıca İdarə kimi fəaliyyət göstərib. 2015-ci ildə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq sədri Rəşad Məmmədov CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunaraq həbs edilib. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin