BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
25504

Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyev məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, keçmiş sədrlə bağlı məhkəməyə Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi "Qırmızı Körpü” gömrük postunun sabiq baş inspektor Əliyar (şərti) adlı şəxs müraciət edib.

O, Səfər Mehdiyevin 18 yanvar 2022-ci il tarixli sərəncamı ilə qanunsuz olaraq gömrük orqanlarında xidmətinə xitam verildiyini iddia edir. Sabiq baş inspektor məhkəmədən Səfər Mehdiyevin barəsində verdiyi sərəncamın ləğv edilməsini, Qərb Ərazi Baş Gömrük İdarəsi "Qırmızı Körpü” gömrük postuna yenidən işə bərpa olunmasını, 1 fevral 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Hakimin qərarına əsasən, iddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, iddia inzibati orqan olan Dövlət Gömrük Komitəsi ilə dövlət qulluqçusu (hərbi qulluqçu) arasında yaranmış hüquq münasibətlərilə bağlı olduğundan, bu mübahisəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. Buna görə də iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab edilib və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılıb.

İddiaçıya "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üzrə əmək haqqı” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduğu bildirilib.

Qeyd edək ki, general-polkovnik Səfər Mehdiyev 23 aprel 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib. 16 iyul 2022-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vəzifəsindən azad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin