BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
25494

Gəncə Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Family 22 FN” MMC (VÖEN-1203218371) olub.

“Family 22 FN” MMC Gəncə Tibb Kollecinin sifarişi ilə bu quruma ofis avadanlıqları satacaq.

Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün Gəncə Tibb Kolleci MMC-yə 23 min 260 manat ödəyəcək.

Qeyd edək ki, “Family 22 FN” MMC tender elanından bir ay əvvəl – 04.10.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Gəncə Tibb Kolleci isə müsabiqəni 11.11.2022-ci il tarxində elan edib.

Onu da bildirək ki, “Family 22 FN” MMC barədə açıq internet resurslarında heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi bir ay əvvəl yaranan və 23 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Xəzər rayonu, Zirə ŞTQ, Bağ küçəsi, ev 2, m. 19 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin qanuni təmsilçisi Abdinova Nərgiz İbad qızıdır.  

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin müvafiq sahədə hansı təcrübəsinin ola biləcəyi başa düşülən deyil.

Onu da bildirək ki, tələb olunan sənədlər arasında 2021-ci il üçün MMC-nin maliyyə hesabatı da var. 2022-ci ildə dövlət qeydiyyatına alınan şirkətin 2021-ci il üçün maliyyə hesabatını necə təqdim etməsi isə müəmma olaraq qalır.

Bundan daha maraqlı məqam isə odur ki, “Family 22 FN” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 13 gün sonra Sumqayıt Dövlət Universitetinin elan etdiyi 95 min 303 manat 46 qəpiklik tenderin də qalibi olub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin