Bakı Limanında gübrə terminalı gələn il istifadəyə veriləcək
Bakı Limanının ərazisində inşa olunan gübrə terminalının gələn ilin əvvəlində istifadəyə verilməsi gözlənilir.
"Report" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC -nin Ümumi Yük Terminalının rəisi Kamran Cəlili bildirib.
Onun sözlərinə görə, terminalda ildə 300 milyon ton, saatda isə 600 ton yük aşırılacaq.
"Burada saatda əlavə olaraq 6 min ton səpgili yük aşırmaq da mümkün olacaq", - liman rəsmisi qeyd edib.
K.Cəlilinin sözlərinə görə, limana Orta Asiya ölkələrindən, o cümlədən Qazaxıstan və Türkmənistandan kükürd, korbamid, ammonium-nitrat gübrələrinin gətirilməsi planlaşdırılır.
Xatırladaq ki, bu il iyulun 25-dı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" və Türkiyənin "Albayrak" şirkətlər qrupu arasında gübrə terminalı ilə bağlı razılıq əldə edilib. Razılığa əsasən, "Albayrak" terminalda 49% paya malik olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay