BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
25059

2030-cu ilə qədər Qafqaz və Mərkəzi Asiyada (CCA) yanacaq subsidiyalarının mərhələli şəkildə dayandırılması ilə karbon qazı emissiyalarına mərhələli şəkildə vergi (hər ton CO2 üçün 4 ABŞ dolları həcmində) tətbiq ediləcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “Fiskal siyasət Yaxın Şərq və Mərkəzi Asiyaya emissiyaları azaltmağa necə kömək edə bilər?” adlı araşdırmasında deyilir.

Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda (MENAP) hər ton karbon qazı üçün 8 ABŞ dolları həcmində vergi nəzərdə tutulur.

“Bəzi ölkələr artıq bu istiqamətdə addımlar atır. Məsələn, Qazaxıstan emissiya ticarəti sxemini tətbiq edib, İordaniya davamlı olaraq yanacaq subsidiyalarından imtina edir, Səudiyyə Ərəbistanı isə bu yaxınlarda regional karbon krediti bazarı yaradıb”, - IMF qeyd edir.

Fondun analitikləri hesab edirlər ki, qalıq yanacaqların faktiki qiymətinin artması qısamüddətli perspektivdə xeyli problemlər yaradır, çünki bu, indiki nəslin enerji keçidi ilə bağlı yükü öz üzərinə götürməsini tələb edir: “Xüsusilə əhalinin həssas hissəsi və ucuz enerjiyə arxalanan bizneslər ağır zərbə alacaqlar. Vergi daxilolmaları və azaldılmış subsidiyalar vasitəsilə əlavə fiskal resurslar bu yan təsirləri azalda bilsə də, iqtisadi artım müvəqqəti olaraq yavaşlaya və inflyasiya yüksələ bilər”.

Amma uzunmüddətli perspektivdə belə keçid gələcək nəsillərə daha təmiz, enerji cəhətdən daha səmərəli və potensial olaraq daha rəqabətqabiliyyətli iqtisadiyyat qoyacaq, çünki o, daha az təhrifləri, daha güclü dövlət maliyyəsini və daha səmərəli resurs bölüşdürülməsini miras qoyur.

“Yaxın Şərq və Mərkəzi Asiyanın 32 ölkəsinin demək olar hamısı Paris Sazişinə əsasən istixana qazı emissiyalarını məhdudlaşdırmağı öhdəsinə götürüb. Bu öhdəlikləri yerinə yetirmək üçün ölkələr təcili olaraq iqlim siyasətini milli iqtisadi strategiyalarına inteqrasiya etməlidirlər.

Hesablamalarımıza görə, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri xarici dəstəyin mövcudluğundan asılı olaraq, 2030-cu ildə illik istixana qazı emissiyalarını cari tendensiya ilə müqayisədə 13-21 % azaltmaq öhdəliyi götürüblər. Bu o deməkdir ki, region növbəti 8 il ərzində adambaşına düşən tullantıları 7 %-ə qədər azaltmalı olacaq. Yalnız bir neçə ölkə iqtisadi artımı qoruyaraq belə azalmaya nail olub”, - araşdırmada deyilir.

IMF regionun təsirlərin yumşaldılması üzrə öhdəliklərini yerinə yetirmək üçün siyasət variantlarını nəzərdən keçirərkən istixana qazı emissiyalarının qarşısının alınması üçün iki fiskal siyasət kateqoriyasına və onların arasında kompromislərə diqqət yetirir: birincisi, qalıq yanacaqların faktiki qiymətini yüksəldən tədbirlər, ikincisi, hökumətin bərpa olunan enerji mənbələrinə investisiyaları.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin