BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
24815
Ağdam Rayon İcra Hakimiyyəti tender qaydalarını pozub.
 
"Qafqazinfo”nun məlumatına görə, Ağdam RİH rayon ərazisində ikinci mərhələ abadlaşdırma (yaşıllaşdırma) xidmətlərinin görülməsi işləri ilə bağlı tendərə yekun vurub.
 
Tenderin qalibi "Caspian Sun” MMC olub. Tərəflər arasında 7798 manatlıq sözləşmə imzalanıb.
 
Məsələ burasındadır ki, müsabiqənin qalibinin 1079.64 manat vergi borcu var. Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
 
 
Ağdamın icra başçısı Vaqif Həsənovdur. "Caspian Sun” MMC isə dövlət qeydiyyatında 2018-ci ildə alınıb. Açıq mənbələrdə barəsində heç bir məlumat tapılmayan şirkətin qanuni təmsilçisi Məmmədov Taleh Rafiq oğludur. Şirkət hüquqi ünvanı isə Vaqif Həsənovun vaxtı ilə icra başçısının müavini işlədiyi Xəzər rayonu ərazisindədir.
 
Bundan başqa, Ağdam Rayon İcra Hakimiyyətinin 2022-ci ildə elan etdiyi və artıq başa çatan daha üç tender diqqət çəkir.
 
Bunların hər üçü Ağdam Bayraq meydanı üçün dövlət bayrağının alınması ilə bağlıdır.
 
Məsələ burasındadır ki, Ağdam RİH sentyabrın 12-də Şərifov Fərid Hacı oğlu ilə 8x16 ölçüdə 6 ədəd Azərbaycan Respublikasının Dövlət Bayrağının alınmasıyla bağlı sözləşmə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, RİH qarşı tərəfə 4194 manat ödəyib.
 
 
İş burasındadır ki, Ağdam RİH bir ay sonra, yəni ötən gün yenidən Bayraq meydanı üçün eyni ölçüdə, eyni sayda bayraq alıb. Bu dəfə isə "Qarabağ Təmir-Tikinti” MMC-yə keçən aydan fərqli olaraq, ikiqat, yəni 8850 AZN ödənilib. Sözügedən şirkət ötən ildən başlayaraq, Ağdam RİH-in 8 tenderinin qalibi olub.
 
Bayraq tenderi isə sonuncu deyil. Belə ki, 4 ay əvvəl də "Azbayraq” MMC-dən Bayraq meydanı üçün 4 ədəd eyni ölçdə bayraq alınıb. İyun ayında edilən ödəniş isə 3280 manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin