BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
24777

Böyük Britaniyanın baş naziri Liz Trassın istefası o deməkdir ki, ölkədə altı ildən artıq müddətdə (ən azı) beş baş nazir olub. Dünya rekordu kimi səslənir, elə deyilmi? 

Əslində belə deyil. Argentinalılar sizə iki həftə ərzində ölkələrinin beş fərqli prezidenti olduğunu tez xatırladacaqlar.

Əslində, Liz Trassın Britaniya tarixində baş nazir üçün ən qısa olan 1,5 aylıq vəzifə müddəti bəzi dünya liderləri ilə müqayisədə sonsuzluq kimi görünə bilər.

Bir gecəlik Almaniyanın baş naziri

Cozef Göbbels nasistlərin hakimiyyətdə olduğu dövrdə (1933-1945) Almaniyanın təbliğat naziri kimi xatırlanır. Amma az adam bilir ki, o, bir gün də olsa, Almaniya kansleri vəzifəsində çalışıb.

1945-ci il aprelin 30-da Avropada İkinci Dünya Müharibəsinin son günlərində Adolf Hitler yeraltı bunkerdə intihar edəndə nasist liderinin sağ əli olan Göbbels Almaniya kansleri olub. Lakin sonradan həm o, həm də həyat yoldaşı 6 uşağını sianidlə zəhərləyərək intihar ediblər.

Ağ evdə bir ay

Uilyam Henri Harrison (1773-1841) həm ABŞ-ın vəzifədə vəfat etmiş ilk prezidenti, həm də ən qısa vəzifədə olan prezidentdir.

Keçmiş hərbçi Harrison vəzifəyə gəldikdən cəmi 32 gün sonra sətəlcəm xəstəliyinə tutulub və 68 yaşında ölüb.

Casa Rosada fırlanan qapı

Argentina 2001-ci ilin dekabrında çətin vəziyyətdə idi. Şiddətli iqtisadi böhran ən azı 25 nəfərin öldüyü küçə etirazlarına da səbəb olmuşdu.

Siyasi xaos dekabrın 20-də prezident Fernando de La Ruanın istefası ilə nəticələnir. Sonradan siyasi dominolar bir-birinin ardınca düşür. De La Ruanı Senato çoxluğun lideri Ramon Puerta əvəz edir, çünki vitse-prezident postu əvvəllər istefaya göndərilərək boş qalmışdı.

İki gün sonra Konqres Adolfo Rodriqez Saanı Prezident Sarayına, Casa Rosadaya göndərir. Lakin Saa da bir həftə sonra istefa verir, çünki onun fövqəladə iqtisadi tədbirlərinə dəstək azalır.

Qanuna görə Puerta vəzifəsinə qayıtmalı idi, lakin Senato çoxluğun lideri vəzifəsindən istefa verir və prezidentlikdən imtina edir. Onun yerinə Konqresin aşağı palatasının prezidenti Eduardo Kamano keçir və dördüncü prezident olur.

Üç gün sonra Kamanodan sonra Konqres tərəfindən seçilən prezident Eduardo Duhalde gəlir. Duhalde 2003-cü ildə keçirilən ümumi seçkilərə qədər bu vəzifədə olub.

13 günlük Hindistan lideri

Hindistanın keçmiş baş naziri Atal Behari Vajpayi vəzifədə ən qısa boylumüddət qalmaq rekorduna sahibdir. 1996-cı il parlament seçkilərindən sonra koalisiya hökuməti qura bilmədiyi üçün Vajpayi cəmi 13 gün baş nazir olaraq qalıb.

O, 1998-ci ildə yenidən hakimiyyətə gəlib və bu dəfə koalisiya hökuməti və parlament buraxılanda 13 ay vəzifəsində qalıb.

Bununla belə, Vajpayinin partiyası BJP yenidən seçkidə uğurlu çıxış edib və 1999-2004-cü illərdə üçüncü dəfə hakimiyyətdə olub.

Sierra Leonada ikili rekord

Siaka Stivens Sierra Leone tarixində həm ən qısa müddətə baş nazir, həm də ən uzun müddət hakimiyyətdə olan prezidentdir.

1967-ci ildə baş-başa keçən seçkilərdə qalib gəldikdən sonra and içdiyi gün hərbi çevrilişlə devrilib və həbs olunub.

Amma son sözü Stivens deyib. O, hərbi xunta başa çatdıqdan bir il sonra hakimiyyətə qayıdıb və 1971-1985-ci illərdə prezident olub.

Onun prezidentliyi isə avtoritar idarəçilik, çoxsaylı insan haqları pozuntuları və seçki saxtakarlığı iddiaları ilə zəngin olub.

Cənubi Afrikanın 15 saatlıq qadın lideri

Digər maraqlı hekayə Cənubi Afrikadandır. 2008-ci il sentyabrın 24-də rabitə naziri İvi Matsepe-Kasaburri o vaxtkı prezident Thabo Mbekinin istefasından sonra ölkənin ilk qadın lideri olub. Lakin cəmi 15 saat sonra Cənubi Afrika Parlamenti Mbekinin yerinə Kqalame Mothlanteni seçib.

Argentinadan başqa, Latın Amerikasında çox qısa ömürlü dövlət başçıları ilə bağlı bir neçə fakt var.

Meksikada 1913-cü ilin fevralında prezident Fransisko Maderonu devirən hərbi çevriliş zamanı Pedro Laskureyn bir saat ölkə rəhbəri olmuşdu.

Braziliyada parlamentin sədri Karlos Luz 1995-ci il noyabrın 8-də prezident Kafe Filho ağır xəstələndikdən sonra vəzifəyə gəlib.

Həmin vaxt ölkədə yeni prezident seçilmişdi, lakin yeni prezident Juselino Kubitçekin səlahiyyət müddəti 1956-cı ilin yanvarında başlayacaqdı. Lakin üç gün sonra Luz Kubitçekin and içməsinin qarşısını almaq üçün çevriliş edəcəyini iddia edən müdafiə nazirinin əmri ilə istefa verib. Bundan sonra Senatın sədri Nereu Ramos iki ay bu vəzifədə çalışıb.

34 günlük İtaliya kralı

Krallar və kraliçalar seçkilər üçün mübarizə aparmalı deyillər və bizim dövrümüzdə Respublikaçı inqilab riski nisbətən azdır, lakin bu, onların hakimiyyətinin qısamüddətli olmayacağı demək deyil.

İtaliya kralı II Umberto 1946-cı ildə atası Vittorio Emmanuel taxtdan əl çəkdikdən sonra taxt-tac qoydu. Artan anti-kral əhval-ruhiyyəsini cilovlamaq üçün o, kral ailəsinin üzvləri arasında referendum keçirmişdi.

İtalyanların 54 faizi respublikanı seçdiyi üçün nəticə kral üçün kədərli olub. Umbertonun hakimiyyəti 34 gün davam edib.

72 saat komada qalan “texniki” kral

Nepal kralı Dipenra Bir Bikram Şah Devin hakimiyyəti daha qısa və daha faciəli olub. 2001-ci il iyunun 1-də vəliəhd atasını, anasını və Nepal kral ailəsinin digər üzvlərini öldürüb. Səbəb, iddialara görə, qohumlarının onun hind aristokratı ilə planlaşdırdığı evliliyi bəyənməməsi olub.

Dipendra qətllərdən sonra özünə atəş açaraq intihara cəhd edib. Ancaq o, dərhal ölməyib və ölməzdən əvvəl üç gün komada qalıb. Dipendra bu üç gündə texniki cəhətdən Nepalın kralı olub.

Rekordçu kral

Bununla belə, kral ailələri arasında ən qısa padşahlıq çox güman ki, Fransa kralı Lui 19-a aiddir.

Atası Karl 10-a qarşı keçirilən böyük nümayişlərdən sonra taxtdan imtina etdikdən sonra, 19-cu Lüdovik taxta çıxıb. Lakin cəmi 20 dəqiqə sonra o da qardaşı oğlu Bordo hersoqu lehinə taxtdan imtina edib.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin