Bakının bu ərazisi plana düşdü: Sakinlərə premium binalarda mənzillər veriləcək (VİDEO)
Böyük bir ərazidə fərdi yaşayış evlərinin sökülməsinə başlanıb. Evlərin sökülməsinə başlanan ərazi paytaxtın Nəsimi rayonunun ''Papanin'' kimi tanınan hissəsidir.
Cəlil Məmmədquluzadə, Novruzov qardaşları, Həsən əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində ümumilikdə 4 hektardan artıq ərazidəki fərdi evlərin sökülməsi, əvəzinə hündürmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır.
Ərazidə hələlik söküntü, gələcəkdə isə tikinti işləri aparacaq MTK-dan bildirildi ki, layihəyə uyğun olaraq burada 16 mərtəbəli 11 binanın tikintisi nəzərdə tutulur
Razılıq əldə olunanlar kirayəyə köçürülür. Onlara binalar tikildikdən sonra evlərin veriləcəyi bildirilib.
Bununla belə, hələlik şirkətlə razılığa gəlməyənlər də var. Bəzi sakinlər şərtlərin onların dediyi kimi olmasını istəyirlər.
MTK-nın direktoru Aslan Quliyev bildirdi ki, sakinlərə hazırda yaşadıqları fərdi evlərin sahəsindən minimum 20% artıq mənzillər təklif edilir. Tamamilə qapalı olması nəzərdə tutulan kompleksdə 3 hektarlıq parkın, əyləncə mərkəzlərinin və digər zəruri infrastrukturun olacağı bildirilib
Qeyd edək ki, ümumilikdə söküntü və tikinti işlərinin 3 il ərzində tam sona çatdırılması hədəflənir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay