BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
24691

Bakıda fəaliyyət göstərən bəzi apteklər müştəriyə ƏDV-nin bir hissəsini geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır. Müştəri çeki tələb etdikdə isə aptekdəki satıcılar müxtəlif səbəblərlə özlərini haqlı çıxarmağa çalışır.

Vergi məsələləri üzrə ekspert Anar Bayramovun Report-a açıqlamasında bildirdiyinə görə, ƏDV ödəyicisi olan bir aptekin müştəriyə ƏDV çekini verməməsi qanuna ziddir.

Demək olar, bütün apteklər ƏDV ödəyicisidir

A.Bayramov xatırladıb ki, apteklər lisenziyalı fəaliyyətlə məşğul olduqlarına görə, sadələşmiş vergi ödəyicisi ola bilməzlər: "Amma ƏDV ödəyicisi olmağa da məcbur deyillər. Aptekin illik dövriyyəsi 200 min manatdan aşağıdırsa, o, ƏDV ödəyicisi olmaya bilər. Bu zaman o, yalnız mənfəət vergisi ödəməlidir. Amma təcrübə göstərir ki, Bakıda heç bir aptekin aylıq dövriyyəsi 16 min manatdan aşağı deyil. Bunu əsas gətirərək demək olar ki, paytaxtdakı apteklərin böyük əksəriyyəti ƏDV ödəyicisidir. Bəzi apteklər müştəriyə özlərinin daxili proqram təminatından istifadə edərək çek verə bilər ki, bu da qanuna ziddir. Böyük prestijli apteklər adətən müştəriyə ƏDV çekini təqdim edirlər".

Bəzi apteklər vergidən yayınır

Ekspert bildirir ki, bəzi apteklər öz mallarını rəsmi qaydada mədaxil etmirlər. Bu, topdan satıcılarının günahı deyil.

"Əvvəllər aptek sahibləri şikayət edirdi ki, topdan mal satanlar bizə sənəd vermir. İndi isə belə şikayət yoxdur və topdan satış edənlərin hamısı apteklərə sənəd verir. Hətta topdan satıcılar şikayət edir ki, alıcılar bizdən malı sənədlə istəmir. Əslində apteklərin hamısında kassa aparatı və POS-terminal var. Sadəcə onlar əməliyyatlarının çox az hissəsini rəsmi olaraq göstərirlər. Bəzi apteklər dövriyyələrini 200 min manatdan aşağı göstərirlər ki, ƏDV ödəyicisi qeydiyyatından yayınsınlar. “ƏDV geri al” layihəsinə ancaq o satıcılar qoşulur ki, onlar ƏDV ödəyicisi kimi qeydiyyatdan keçir və mallarını vətəndaşlara təqdim edəndə məhsulun qiymətinin üzərinə ƏDV gəlirlər. Həmin apteklərin təqdim etdiyi çeklərlə vətəndaşlar ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilərlər", - deyə A.Bayramov vurğulayıb.

Bir aptek bir neçə VÖEN-dən istifadə edir

O, hesab edir ki, apteklər bir neçə yolla ƏDV ödəyicisi olmaqdan yayınırlar: "Sahibkar bir obyektdə olan biznesini iki-üç hissəyə ayırır, yəni iki, üç VÖEN açır ki, illik dövriyyəsini 200 min manatdan aşağı saxlasın. Kassa aparatına 200 min manatdan çox məbləğ vurularsa, vergi orqanı bunu görür və həmin şəxsi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyə məcbur edir. Apteklərin həmin limiti keçməmək üçün bir neçə kassa aparatı olur. Həmin kassa aparatları isə fərqli şəxslərin adına alınır. Aptek sahibi başqa bir adamın adına VÖEN açdırır, onun üçün icarəyə beş-on kvadrat metrlik yer götürür ki, obyekti uçota alsınlar və həmin obyektə kassa aparatı və POS-terminal quraşdırsınlar. Əslində isə həmin kassa aparatı və POS-terminalı digər obyektdə, yəni fəaliyyətdə olan aptekdə istifadə edirlər. Hansı VÖEN üzrə dövriyyə qalxsa, həmin VÖEN-lə alınmış kassa aparatından istifadəni saxlayır və başqa bir VÖEN-ə bağlı olan kassa aparatını vətəndaşlara göstərirlər”.

İstehlakçıya qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verilməlidir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Report"a bildirilib ki, ƏDV çekini təqdim etməkdən boyun qaçıran satıcıya qanunla cərimə tətbiq edilir:

"Vergi qanunvericiliyinə əsasən, pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən hallarda təqdim edilən mala görə alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir".

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hüquqları pozulan istehlakçılar Dövlət Xidmətinə müraciət etsin

Vergi Xidməti bildirir ki, belə halları müşahidə edən alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, 195-1 Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Qeyd edilən hallar Vergi Məcəlləsinin 16-cı və 24-cü maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu ilə tənzimlənir.

"Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur", - Xidmətdən bildirilib.

ƏDV çeki yeni nəsil kassa aparatlarından verilməlidir

Vergi Xidməti vurğulayır ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır: "Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür".

Xatırladaq ki, 2020-ci ilin may ayından Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq edilir. Bu mexanizm çərçivəsində nağdsız ödənişlər zamanı ödənilən ƏDV-nin 15%-i, nağd ödənişlər zamanı ödənilən ƏDV-nin isə 10%-i istehlakçıya geri qaytarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp illik bu qədər gəlir alır

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin