Nazirlik BŞİH-in yüksək vəzifəli şəxsinə məxsus obyekti icarəyə götürür - 25 min manata...
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin şərtlərinə görə Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN - 8700148382) icarəyə götürəcək.
İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək.
Məlumat üçün bildirək ki, Sarıməmmədov Röyal Tofiq oğlu eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəhbəridir. 1986-cı ildə anadan olan Röyal Sarıməmmədov 2011-2022-ci illərdə Xəzər, daha sonra Pirallahı Rayon İcra Hakimiyyətilərində nümayəndə müavini, baş məsləhətçi, sektor müdiri, şöbə müdiri, başçının köməkçisi kimi müxtəlif vəzifələrdə dövlət qulluğu keçib. 3-cü dərəcəli dövlət qulluqçusudur. 15.03.2022-ci il tarixindən Pirallahı rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib.//Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay