BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
24620

“Dünyada ən böyük maliyyə mənbəyinə çevrilən internet gəlirləri, xüsusilə də sosial şəbəkələr üzərindən axan milyonlar bizi bu istiqamətə diqqət cəlb etməyə vadar edir. Ölkəmizdən hər ay milyonlarla pulun xaricə axması ciddi narahatlıq yaratmaqdadır. Milli sərmayənin bu yolla ölkədən çıxması təbii ki, hər kəsi narahat etməlidir. Ona görə də ölkəmizdə milli sosial şəbəkələrin yaradılmasıyla yanaşə həm də milli resurslara dövlət qayğısının artırılması lazımdır. Çünki yaşadığımız dövr `internet çağı` adlanır. Hər ölkənin özünəməxsus milli resursları var. Ona görə də biz də sərmayənin milliləşməsi üçün milli resurslar yaratmalıyıq.” 

Bu fikirləri İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya sosial şəbəkələrin hesabına ölkəmizdən xaricə axan milyonlardan danışarkən bildirib. O, əlavə edib ki, internet provayderi ölkə daxilində nə qədər çox olarsa, internet qiymətləri də eyni nisbətdə ucuzlaşar. Bu isə vətəndaşların büdcəsinə fayda gətirər:

"Yəni milli resurslardan həm vətəndaşlar, həm də dövlətimiz qazanc əldə edər. Ona görə də ən qısa zamanda bu istiqamətdə milli brendlər yaratmalı, mütəxəssislər formalaşdırmalıyıq. Yerli mütəxəssislərin yaratdıqları məhsulların milli brend halına gəlməsi və onların qlobal səviyyədə tanıdılması ölkə adına həm prestij, həm də üstünlük gətirəcək. "Facebook" və digər sosial şəbəkələrə reklam məqsədi ilə milyonlarca vəsait xərclənir. İstər sərmayənin milliləşməsi yolunda, istərsə də milli resursların həm brend halına gəlməsi, həm də qiymətlərə təsiri baxımından düşünsək, hər bir Azərbaycan vətəndaşının şüurlu olaraq milli resursları istifadə etməsi ölkə adına yararlıdır”. 

Elvin Abbasov onu da əlavə edib ki, buraya təhlükəsizlik, gizlilik, milli əxlaqi dəyərlərin qorunması və s. kimi sahələri də əlavə etsək onda görərik ki, milli brendlər nə qədər əhəmiyyətlidir: "Bir müddət əvvəl Almaniya ölkəsindən qazandığı gəlirin vergisini ödəmədiyi üçün "Facebook"u məhkəməyə verdi. Rusiya öz sosial şəbəkələrini yaratdı. Çinin digər ölkələrə məxsus şəbəkələrə qapılarını bağlaması isə iqtisadi və milli təhlükəsizlik maraqlarının qorunmasına istiqamətlənmiş addımdır. Bunun üçün də yerli internet resuslarının inkişafı və milli sərmayənin ölkə daxilindəki fəaliyyətə yönləndirilməsi bu günümüz və gələcəyimiz adına həyati bir məsələdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qeyri-neft sektoru ixracda neft-qaz sektorundan 8.8 dəfə geridədir

Əbülfəs Qarayev ötən il Rusiyada balıq biznesindən 147 milyon rubl gəlir əldə edib

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Britaniya nəhəngi ABŞ-yə ixracı dayandırır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin