Texno
13.10.2022 / 09:10
“Təcili olaraq “WhatsApp”ı yeniləyin” - Ekspertdən xəbərdarlıq
24582
"Təcili olaraq həm iOS-da, həm "Android"də "WhatsApp"ı yeniləyin!".
Valyuta.az xəbər verir ki, bu barədə İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas xəbərdarlıq edib.
O bildirib ki, köhnə versiyalarda olan bir boşluqla hakerlər smartfonun idarəsini ələ ala bilir:
"Yəni, sizə bir video göndərilir və o video ilə bütün smartfonun idarəsi keçir qarşı tərəfə. Ümumiyyətlə, məşhur "Pegasus" hadisələrində də "WhatsApp"ın bu boşluğu gündəmdə idi. "WhatsApp" son aylarda təhlükəsizliyi təmin edə bilmir. Meta başını "metaverse" mözularından biraz açsa, istifadəçilərin təhlükəsizliyini də qoruyardı".
Ekspert, həmçinin "WhatsApp Premium"un da gələcəyini xatırladıb: "WhatsApp"da pullu xidmətlər olacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay