BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
24500

Sosial şəbəkələrdə insanlar Bakıda tez-tez saatlarla tıxaclarda qalmalarından, yollarda digər problemlərlə üzləşdiklərini paylaşırlar. Paytaxtda sərnişin daşıyan, sanki bir-biriləri ilə yarışa girən minik avtomobillərinin çoxluğu da yol probleminə təsirsiz ötüşmür. Bəs, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun  “metro, avtobus, taksi vahid olsa, yaxşı olar” açıqlamasında hansı vahid modeldən söhbət gedir? Bu vahidləşdirmə “xaltura” edən, və ya yolun qırağında maşın saxlayaraq hərəkətin ləngiməsinə səbəb olan sürücülərin şəhərin “qaynar” küçələrində yaratdığı xaotik vəziyyəti nə dərəcədə aradan qaldıracaq? Vahid taksi xidməti yaradılsa, sürücülər təhlükəsizlik qaydalarına riayət edəcəkmi? 

Bütün bu suallar təbii ki, sənəd hazırlanıb tətbiq ediləndən sonra məlum olacaq. Keçək əsas məsələyə, yəni təhlükəsizlik məsələsinə. 

Lent.az-ın əməkdaşı taksi idarə edən sürücülərin təhlükəsizlik qaydalarına necə əməl edib-etməmdiklərini öyrənməyə çalışıb. Məlum olub ki, vəziyyət həqiqətən də acınacaqlıdır. Günün pik saatlarında tıxacın şəhəri cənginə almasının şahidi oluruq.

“28 may” metrostansiyası tərəfdə, üzü şəhərə gedən istiqamətdə “5”, “88”, “4”, “M3” saylı marşrut avtobuslarının dayandığı ərazidə digər sərnişindaşıma vasitələrinin olduğunu müşahidə etdik. Sərnişinlərin dediyinə görə, “M3” saylı avtobus indiyə qədər dayanacaqdan irəlidə, hava limanına gedən avtobusların qarşısında dayanırdı. Maraqlıdır, niyə bu avtobuslar digər marşrut avtobuslarının yerini zəbt edir, həm sərnişinlərin, həm də “5” saylı avtobusun hərəkət təhlükəsizliyini pozur? Cavab çox sadədir. Çünki “M3” avtobuslarının dayandığı yerdə taksilər dayandığı üçün həmin avtobus sərnişinlərinin “rahatlığı”nı düşünüb burada saxlayır. Nəzərə alsaq ki, bu halın hər gün təkrarlandığını deyənlər də az deyil, bir tədbir görülməsi isə heç kimin yadına düşmür.

Bundan başqa, müşahidələrimizə görə, məşhur “Azneft” dairəsində, üzü Bayıl qəsəbəsi istiqamətindəki dayanacaqda da taksilər və digər “xalturşiklər” dayanır. Onlara “manatlıq” sərnişindaşıma vasitələri desək, fikrimizcə, yanılmarıq. Həmin taksi və digər “Xalturşiklər”in sürücüləri avtobus dayanacağında saxlayaraq, “Bayıl”a, “20-ci sahə”yə, Lökbatana manatdan” qışqıraraq müştəri çağırırlar. Bu an “125” saylı avtobus dayanacağa yaxınlaşır. Bu an taksi sürücüsü maşının qapısını açmaq istəyir, qapı avtobusa çırpılır. Sonra sürücü dayanacaqda avtobusu park edib vəziyyəti telefonda kiməsə nəql edir. Sənişinlər düşür, ara qarışır. Hadisə şahidlərindən biri deyir ki, “manatlıq” taksi aradan çıxıb. Hər gün belə qanunsuz sərnişin daşıyanların törətdiyi qəza xəbərləri qarşımıza çıxır, bəs onlara nəzarət edən yoxdurmu?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, bildirdi ki, bu gün qanunsuz sərnişindaşıma vasitələri olan avtomobillərin avtobus dayanacaq məntəqələrinin ərazisini zəbt etməsi çox ciddi narahatlıq doğuran məsələdir:

“Bu cür xaotik vəziyyət qanuni müntəzəm sərnişindaşımalar üçün əsl problemə çevrilib. Sərnişindaşımaların təhlükəsiz təşkili üçün risk yaradır. İntervallardakı gecikmələrin digər bir əsas səbəbi də elə bu qeyd olunan məqamdır. Bakı Nəqliyyat Agentliyi ötən dövrdə bir neçə dəfə bu cür hallara qarşı mübarizə aparılması və qarşısının alınması ilə əlaqədar zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumuna müraciət edib. Yəni, belə hallarla mübarizə BNA-ya aid səlahiyyət deyil”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli isə deyir ki, bu, ən problemli məsələdir:

“Qeyd etmək istəyirəm ki, paytaxtda avtobus dayanacaqlarını zəbt edənlər, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub vətəndaşların təhlükəsizliyinə maneə və tıxac yaradanlara qarşı hər gün geniş tədbirlər görülür. Əməkdaşlarımız təkcə bu gün (srağagün-red.)  “20 Yanvar” və “Şamaxinka” ərazisində, Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində profilaktik işlər aparılıb. Gün ərzində yollardakı sıxlıqların azaldılması üçün də müsbət addımlar atılır. Bundan əlavə, vətəndaşlarımızın da ictimai məsuliyyəti dərk etmələri vacibdir. Ona görə də vətəndaşlardan xahiş edirik ki, qanuni sərnişindaşıma vasitələrinin olduğu yerlərdə avtomobillər saxlamasınlar. Hər şeyi müvafiq qurumlardan tələb etmək düzgün deyil. Neqativ halların aradan qaldırılmasını yalnız polis əməkdaşlarından, Bakı Nəqliyyat Agentliyindən gözləmək sadəlövhlük olar.Tərəfimizdən gündəlik nəzarət tədbirlər həyata keçirilir və bu proses mütəmadi davam etdirilir. Vətəndaşlardan da yollardakı problemlərə şərait yaratmamağı, əksinə, daha məsuliyyətli olub aidiyyatı dövlət orqanlarının da işinin səmərəli olması üçün dəstək göstərmələrini xahiş edirik”.

Belə. Görünən odur ki, tövsiyələrlə iş düzələn deyil. Nəzərə alsaq ki, vahidləşdirmə sənədinin Bakının yol probleminə hansı töhfələr verəcəyi hələlik məlum deyil, ümidi Allaha bağlayaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin