BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
24411

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Ombudsman Aparatının yaranmasının 20 illik yubileyinə həsr olunan müxtəlif növ hədiyyələr və çap materiallarının satın alınması məqsədilə “Pluton-MM” MMC (VÖEN-1007564511) adlı şirkətə 53 min 900 manat ödəniləcək.

Qeyd edək ki, satın alınacaq məhsullar aşağıdakılar olacaq:

Tenderlə bağlı maraqlı və diqqət çəkən məqam odur ki, “Pluton-MM” MMC dövlət qeydiyyatına alındıqdan sonra (son 5 ayda) ümumi dəyəri 180 min manat olan 8 tender müsabiqəsində qalib olub. “Pluton-MM” MMC ilk dəfə Lənkəran Dövlət Universitetinin keçirdiyi tenderdə qalib. 
Universitet tender müsabiqəsini 19.04.2022-ci il tarixində elan edib. “Pluton-MM” MMC isə tender elanından 9 gün sonra – 28.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Açıqlanan məlumatlardan da görünür ki, “Pluton-MM” MMC tender müsabiqsini udmaq üçün təcrübəsi olmayıb. "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Lakin, tenderdə bu cür müəmmalı şəkildə qalib olmasına baxmayaraq “Pluton-MM” MMC daha sonra 7 tenderin, o cümlədən də İnsan Hüquqları üzrə Müvəkkilin keçirdiyi tender müsabiqəsində qalib olub.

Tenderdə diqqət çəkən məqamlardan biri də tələb olunan sənədlər arasında MMC-nin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan sənədin (Son bir il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması) olmasıdır. Məlum məsələdir ki, Vergilər Xidməti olmayan şirkətin, olmayan fəaliyyəti haqqında məlumat verə bilməz. O zaman sual olunur ki, cəmi 5 ay əvvəl dövlət qeydiyyatına alınan və 8 tenderin qalibi olan bu şirkət tələb olunan sənədi necə təqdim edir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin