BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
24343

Həcc ziyarəti zamanı tanış olduğu şəxsdən gömrükdən mal keçirmək adı ilə pul alan şəxs barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Hüseynağa Şahmarova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda H.Şahmarov barəsində ittiham aktı elan olunub. Məhkəmədə məlum olub ki, H.Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Məkkədə Həcc ziyarətində olarkən tanış olduğu Ceyhun adlı şəxsdən 4 min manat pul alıb. Belə ki, H.Şahmarov Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 TIR mal olduğunu və idarədən buraxılmadığını öyrənib. Təqsirləndirilən şəxs Ceyhuna həmin malları gömrük yoxlanışından sürətli şəkildə keçirəcəyinə dair vəd verib. Orada çalışan Dövlət Vergi Xidmətinin əməkdaşları ilə şəxsi tanışlıqları sayəsində 2 maşın malı ərazidən buraxdırıb. Üçüncü maşında riskli mallar olduğu üçün idarədən buraxılmayıb. Bu zaman Ceyhun etiraz edərək, mallarının buraxılmağı üçün pul verdiyini deyib. Bundan sonra işin üstü açılıb və Ceyhun H.Şahmarova hər maşına görə 2 min manat pul verdiyini bildirib.

Məhkəmədə ifadə verən H.Şahmarov pulu rüşvət qismində almadığını deyib: “Mən 8 dəfə Məkkədə olmuşam, haram pul yeyən deyiləm. Mən vergidə müavin işləyən Cavid müəllimi tanıyırdım. Broker kimi orada Cavid müəllimlə ünsiyyətimiz çox olurdu. Ondan xahiş elədim ki, Ceyhunun mallarını buraxsınlar. Ceyhun da pulu özü mənə verdi ki, əziyyət çəkmisən. Sonra da pulu özünə qaytarmışam”.

Məhkəmə istintaqı davam edir.

Qeyd edək ki, H.Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Təzə Pir” məscidində imamın müavini işləyən Hacı Tahirin (Tahir Şahmarov) oğludur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin