Statistika
25.09.2022 / 13:10
Azərbaycan son 8 ayda ən çox hansı ölkətə məhsul göndərib?
24280
Cari ilin yanvar-avqust aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a bildirilib ki, səkkiz ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixrac 12 milyard 828,2 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 457 milyon dollar, Hindistana isə 1 milyard 378,6 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 13 milyard 31,2 milyon dollar, Türkiyə ilə 3 milyard 882,1 milyon dollar, Rusiya ilə 2 milyard 197,3 milyon dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay