BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
24245

Çex Respublikasında yaşayan Azərbaycan vətəndaşı Bakıdakı hoteldə ona qarşı ayrı-seçkilik olduğunu deyir. 

Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçi N.Əliyev bildirib ki, bir neçə gün öncə onlayn şəkildə “Marine Inn Hotel”də otaq rezerv edib, lakin azərbaycanlı olduğu üçün onu hotelə buraxmayıblar: “Mən Azərbaycan vətəndaşı olsam da, xaricdə yaşayıram. Sentyabrın 18-də “Booking.com” beynəlxalq hotel rezervasiya sistemi vasitəsilə sabahkı gün üçün otaq bron elədim. Səhəri gün hotelə gələndə resepşndakı əməkdaş dedi ki, Azərbaycan vətəndaşlarının hoteldə qalmasına icazə verilmir. Daha sonra mən hotel rəhbərliyi ilə əlaqə saxlanılmasını istədim. Bildirdim ki, belə bir qadağa varsa, bunu mənə əvvəlcədən bildirməli idiz və ya rezervasiyamı ləğv etməli idiz. Cavab olaraq bildirildi ki, “kimə istəyirsən get şikayət et, azərbaycanlıları hotelə almırıq. Bu açıq-aşkar diskriminasiyadır. Sırf millətinə görə kiməsə xidmət göstərməmək qanunaziddir”.

Sayt şikayətlə bağlı “Marine Inn Hotel”lə əlaqə saxlayıb. Bildirilib ki, hotel “Turizm haqqında” qanuna uyğun qaydada fəaliyyət göstərir, heç bir etnik, dini və cinsi ayrı-seçkiliyə yol verilmir, mənəvi-əxlaqi dəyərlərə sadiqlik hotelin başlıca prinsiplərdəndir: “Turizm haqqında” qanunun 14.2.4-cü maddəsinə əsasən, turistlər yerləşmə vasitələrində, istirahət və gəzinti yerlərində daxili intizam qaydalarına əməl etməlidirlər. Halbuki N.Əliyev hotelin əməkdaşlarının onunla baş verən anlaşmazlığı həll etmək üçün söhbət apardıqları vaxt öz fikirlərini əməkdaşlara qarşı sərt və yolverilməz tərzdə ifadə etməklə onların haqlı narazılığına və narahatlığına səbəb olub. Yaranmış vəziyyət N.Əliyev hoteli tərk etdikdən sonra bir daha dəyərləndirilib. Bundan sonra hotelin meneceri vətəndaşla telefon əlaqəsi yaradaraq, baş vermiş vəziyyətlə əlaqədar onun narahatlığını anlayışla qarşıladığını, onun da hotelin fəaliyyət prinsiplərinə hörmətlə yanaşmasını xahiş edib. Telefon söhbətinin sonunda vətəndaş N.Əliyev vəziyyətin tam aydınlaşdırıldığını və heç bir iradının qalmadığını bildirib. Vətəndaşın hotelimiz barədə iddiaları tərəfimizdən tamamilə təkzib edilir, yaranan suallara aydınlıq gətirilməsi üçün hər cür müzakirəyə açıq olduğumuzu bəyan edirik”.

Qeyd edək ki, "Marine Inn Hotel" Bakının mərkəzi küçələrindən biri olan Neftçilər prospektində, Bakı Dəniz Limanının yanında yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin