Sənaye
14.09.2022 / 14:22
Göygöldə faydalı qazıntı yatağı satıldı
24091
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
Agentlikdən Valyuta.az-a verilən məlumata görə, hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarılıb.
Başlanğıc qiyməti 354 800 manatdan başlayan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşir.
Hərracda “Azerbazalt Elmi - İstehsalat Birliyi” MMC qalib gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay