BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
24017

Respublikanın bölgələrində pambıq yığımına hazırlıq prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımı ərəfəsində mövcud vəziyyəti dəyərləndirmək üçün pambıqçılıq rayonlarında regional müşavirələr keçirir.

“Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda növbəti regional müşavirə Salyan rayonunda baş tutub. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, Salyan rayon icra hakimiyyətinin rəhbər şəxsləri, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri,  Salyan, Neftçala və Biləsuvar rayonlarından olan 300-ə yaxın pambıqçı fermer iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev bildirib ki, 2022-ci il üzrə pambıqçılıqla bağlı işlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı hazırlanıb, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icrasının təmin olunması üçün aidiyyəti üzrə təqdim olunub. 2022-ci il 26 yanvar tarixdə Kənd Təsərrüfatı Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, DAİM-lərin, aidiyyəti şirkət rəhbərlərinin və fermerlərin iştirakı ilə  Salyan rayonunda ümumrespublika müşavirəsi keçirilib, toxum, gübrə, pestisid, texnika və suya olan tələbatın, məhsula görə verilən subsidiyaların vaxtında fermerlərə çatdırılmasının təmin edilməsi və digər məsələlərlə bağlı tabeli və aidiyyəti qurumlar qarşısında konkret vəzifələr qoyulub, müvafiq tapşırıq və tövsiyələr verilib.

Rəfail Quliyev bu il fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə görülən işlər barədə də müşavirə iştirakçılarını məlumatlandırıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq məhsul yığımı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıq şirkətlərlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı xam pambığın alış qiymətinin cari ildə ikinci dəfə 50 AZN və ümumulikdə 100 AZN artırılaraq, xam pambığın hər tonuna görə 1-ci növ üçün 800 AZN, 2-ci növ üçün 780 AZN, 3-cü növ üçün 740 AZN, 4-cü növ üçün 700 AZN müəyyən edilməsi barədə  razılıq əldə edilmişdir. Xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 AZN qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon AZN-ə yaxın əlavə gəlir əldə etməsinə imkan verəcəkdir.

Nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Agro-Az” MMC-nin direktoru Vahid Hüseynov, Pambıq İstehsalçıları Assosiasiyasının üzvü, fermer İbadət Cəfərov və digərləri müşavirədə çıxış edərək, 2022-ci ildə məhsul yığımı pambıqçılıqda istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu il xarici mütəxəssislərin iştirakı ilə Bərdə, Tərtər, Goranboy, Yevlax, Ağcabədi, Saatlı və İmişli rayonlarında yerli fermerlərin pambığın becərilməsində üstünlük verdikləri aqrotexniki tədbirlərin səmərəliliyinin monitorinqləri keçirilib, zərərli orqanizmlərlə mübarizədə tirəli əkinlərin daha səmərəli olduğu müəyyənləşib. Çıxış edənlər alaq otlarına qarşı herbisidlərdən istifadə ilə paralel kultivasiya və ketmənləmə işlərinin sürətləndirilməsi, stress amillərinin aradan qaldırılması üçün yarpaq gübrələrinin və digər düzənləyici qidaların verilməsinin vacibliyi barədə fermerlərə ətraflı məlumat veriblər.

Müşavirədən sonra iştirakçılar Salyan rayonunun Sarvan kəndində pambıq sahələrinə baxış keçirib, yerli fermerlərlə məhsul yığımına hazırlıq prosesini dəyərləndiriblər.

Qeyd edək ki, “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda son regional sentyabrın 13-də Bərdə rayonunda keçiriləcək. Müşavirədə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Yevlax və Goranboydan olan fermerlərin iştirakı nəzərdə tutulur. Bugünədək keçirilmiş regional müşavirələrdə 1000-ə yaxın pambıqçı fermer iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin