BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
23943

Dünyanın əksər ölkələrində hakimiyyət kişilər tərəfindən idarə olunsa da, son vaxtlar rəhbərliyə seçilən xanımların sayının artdığını görürük.

Dövlət başçısı postuna layiq görülən qadınların bir çoxu yenilikçi və effektiv liderlik bacarıqlarına görə digərlərindən fərqlənir. Onlar habelə ölkələrinin üzləşdiyi problemlərə unikal və operativ reaksiya verməklə, heç də kişilərdən geri qalmadıqlarını göstərməyə çalışırlar. 

Hazırda hansı ölkələrə xanım liderlər rəhbərlik edir? 

Modern.az bu suala cavab tapmaq üçün qadınlar tərəfindən idarə olunan məşhur ölkələri araşdırıb.

Böyük Britaniya

Ötən gün Liz Trass Böyük Britaniyanın yeni Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri seçilib. O, hökumət rəhbəri postu uğrunda seçkilərdə səs çoxluğu ilə qalib gələrək, Boris Consonun postuna sahib çıxıb.

Keçmiş dövlət katibi və Mühafizəkarlar Partiyasının yeni lideri Liz Trass 1975-ci ildə Oksfordda anadan olub, evlidir və iki övladı var. O, 1983-cü ildə Şotlandiyanın Peysli şəhərindəki məktəbin teatrında tamaşa zamanı ölkənin qüdrətli baş naziri və Mühafizəkarlar Partiyasının lideri Marqaret Tetçer rolunu oynayıb.

Trass həm siyasi mövqeyinə, həm də "dəmir ledi" kimi tanınan Marqaret Tetçeri təqlid etməsinə görə tez-tez diqqət mərkəzində olub. Mühafizəkarlar Partiyasının liderliyi üçün keçirilən ilk debatda Trassın geyindiyi paltarla 1979-cu ildə Marqaret Tetçerin geyindiyi paltar arasındakı oxşarlıq diqqət çəkib. Bu vəziyyət Trassın özünü Tetçerə bənzətməsinə dair şərhlərə səbəb olub.

Yunanıstan

Yunanıstanın hazırkı prezidenti Katerina Sakellaropuludur. O, 13 mart 2020-ci ildə prezident vəzifəsinə seçilib.

Sakellaropulou 30 may 1956-cı ildə Yunanıstanın Saloniki şəhərində anadan olub. Prezident seçilməzdən əvvəl Sakellaropulou Yunanıstanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurasının prezidenti vəzifəsində çalışıb. O, ölkənin ilk qadın prezidentidir.

Slovakiya

Zuzana Çaputova 15 iyun 2019-cu ildə Slovakiyanın prezidenti seçilib. O, üç ildir ki, hakimiyyətdədir. Çaputova ixtisasca hüquqşünas olsa da, daha çox ekoloji fəal kimi tanınır. O, Slovakiyanın beşinci prezidenti, eyni zamanda prezident postunu tutan ilk qadın, həmçinin Slovakiya tarixində 45 yaşında seçilən ən gənc liderdir. Çaputova 2019-cu ildə keçirilən prezident seçkilərində ikinci turda 58% səslə qalib gəlib. 

Gürcüstan

Salome Zurabişvili 16 dekabr 2018-ci ildə Gürcüstanın prezidenti seçilib. O, bu postda əyləşən ilk qadın liderdir. Zurabişvili 1952-ci il martın 18-də Fransanın Paris şəhərində gürcü siyasi qaçqın ailəsində anadan olub. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə Fransa və Gürcüstan prezidentlərinin qarşılıqlı razılaşması ilə Gürcüstan vətəndaşlığını qəbul edib və ölkənin xarici işlər naziri təyin olunub.

Moldova

Moldova Şərqi Avropada dənizə çıxışı olmayan ölkədir, prezidenti Maya Sandudur. O, 24 dekabr 2020-ci ildə ölkə başçısı seçilib və hələ də vəzifəsini icra edir.

Maya Sandu 24 may 1972-ci ildə anadan olub, 8 iyun 2019-cu ildən 14 noyabr 2019-cu ilə qədər Moldovanın baş naziri vəzifəsində çalışıb. 12 noyabr 2019-cu ildə Sandu hökuməti etimadsızlıq səsverməsindən sonra dağılıb. O, Moldovanın ilk qadın prezidentidir.

Nepal

Bidya Devi Bhandari 29 oktyabr 2015-ci ildə Nepalın prezidenti seçilib. O, 28 oktyabr 2015-ci ildə ölkənin parlament tərəfindən seçilən ilk qadın prezidenti olub. 

Bhandari 2009-cu ildən 2011-ci ilə qədər müdafiə naziri vəzifəsində çalışıb. O, həm də Nepalda ekoloji maarifləndirmə və qadınların hüquqlarının müdafiəsi üzrə fəal kampaniyaçı kimi yadda qalıb.

Tayvan

Tsai İnq-ven 20 may 2016-cı ildə Tayvanın prezidenti seçilib, hələ də hakimiyyətdə qalır. Tsai İnq-ven Tayvanın ilk qadın prezidentidir və ölkə tarixində hakim partiya tərəfindən prezidentliyə namizəd kimi irəli sürülən ilk qadın siyasətçi olub. O, 2016-cı il seçkilərində ilk prezidentlik müddətində rəqiblərinə böyük üstünlüklə qalib gəlib. 2020-ci il seçkilərində də postunda qalmağı bacarıb.

Sinqapur

Sinqapur Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsidir. Hazırda ölkəni qadın prezident Həlimə Yaqub idarə edir. O, 14 sentyabr 2017-ci ildə Sinqapurun prezidenti seçilib. Həlimə Yaqub həm də Sinqapur tarixinə düşən ilk qadın prezident titulunu daşıyır.

Barbados

Barbados Şimali Amerikada yerləşir. Ölkənin rəhbəri Sandra Meysondur. O, 30 noyabr 2021-ci ildə Barbados prezidenti seçilib. Meyson 17 yanvar 1949-cu ildə anadan olub. 2021-ci ildən Barbadosun ilk prezidenti vəzifəsini icra edən siyasətçi ixtisasca hüquqşünasdır. Eyni zamanda təcrübəli diplomatdır.

O, 2018-ci ildən 2021-ci ilə qədər Barbadosun səkkizinci, eyni zamanda sonuncu general qubernatoru, bu vəzifəni tutan ikinci qadın idi. 20 oktyabr 2021-ci ildə Meyson Barbados parlamenti tərəfindən ölkənin ilk prezidenti seçilib və 30 noyabr 2021-ci ildə Barbados konstitusiya monarxiyasını dayandıraraq respublikaya çevrildikdən sonra vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, prezidentliklə yanaşı, bir çox ölkələrdə Baş nazir vəzifəsini məhz xanım siyasətçilər icra edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin