BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
23857

Son illər Azərbaycanda dövlət səviyyəsində startap ekosisteminin inkişafına böyük diqqət ayırılır.

Bunun nəticəsidir ki, maraqlı ideyaları ilə ortaya çıxan insanların sayı getdikcə artır.

Adətən bu ideyalar dövlət və özəl qurumların keçirdikləri startap müsabiqələrində təqdim olunur. Və təbii ki, onların arasında da seçim edilir, 1-2 startapın sahibi qalib elan olunur.

Bununla belə, ideya sahibləri iddia edir ki, qalib elan olunmayanların startapları heç də bir kənara atılmır, bir qədər sonra olduğu kimi və yaxud müəyyən düzəliş edilməklə 3-cü şəxslərə ötürülür. Başqa sözlə, ideya oğurlanır. Yəni, məşhur məsəldəki kimi, söz (ideya) ağızdan çıxdı, sənin deyil. "Report" bu iddiaların nə qədər əsaslı olmasını araşdırıb.

"İdeyanın müəllif hüququ yoxdur"

"Azərbaycan İnternet Forumu" İctimai Birliyinin prezidenti, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəklədiyi “Startap Azərbaycan” layihəsinin Ekspert Şurasının üzvü Osman Gündüz hesab edir ki, startap sahiblərinin kimisə ideyalarını oğurlamaqda ittiham etməsi düzgün deyil.

"İdeyanın müəllif hüququ yoxdur. Yəni, ideya hamının başında ola bilər. Onun qeydə alınması nə Azərbaycanda, nə də başqa ölkələrdə var. Qanunvericilik bunu tənzimləmir. Amma ideya hansısa bir layihəyə çevrilibsə, onun biznes planı hazırlanıbsa, o zaman layihəni qeydiyyata salıb müəllif hüququ statusu əldə etmək olar.

Dünya təcrübəsi göstərir ki, əgər ideyan varsa, tez onu həyata keçirib iş görməlisən. Yeganə üstünlük budur. Çünki hesab olunur ki, bu ideya başqasında da ola bilər. Ən doğru yol ideyanı layihəyə çevirib maliyyələşdirmək, qeydiyyata alıb müəllif hüququ statusu almaqdır”, - deyə o, qeyd edib.

"Hər şeyi patentləşdirmək olmur"

Hüquqşünas Əkrəm Həsənov da hesab edir ki, ideyaya patent almaq real deyil: "Hər şeyi, o cümlədən ideyanı patentləşdirmək olmur. Söhbət yalnız konkret layihədən gedirsə və kimsə onun istifadə edilməsini istəmirsə, patent almalıdır. Əgər almırsa, onun oğurlandığını heç cür sübut edə bilməz. Layihə qeydiyyata alınmayıbsa, bu işə heç baxılmır. Bu ona oxşayır ki, kimsə birinə biznes ideyasını verir, o da gedib həmin ideyanı həyata keçirir. Müəlliflik hüququ konkret əsərə aiddir. Film çəkir, musiqi bəsləyir. Artıq hamı bilir ki, əsər həmin adamındır, onu təkrarlamaq olmaz".

Əqli Mülkiyyət Agentliyində deyirlər ki ...

Əqli Mülkiyyət Agentliyindən də "Report"a bildirilib ki, ideyalar müəllif hüququ ilə qorunmur: “Yazılı formada olan layihələri qeydiyyatdan keçirmək olar. Əgər qeydiyyatdan keçirə bilmirlərsə, yəqin ki, orada orijinallıq yoxdur. Yalnız orijinallıq varsa, layihə agentliyə təqdim olunur, ekspert şurası onu araşdırdıqdan sonra qeydiyyat barədə qərar qəbul edilir".

Bir sözlə, əgər maraqlı ideyanız varsa, bunu dərhal layihə formasına salıb qeydiyyatdan keçirməyə - patentləşdirməyə çalışın. Əgər bunu edə bilmirsinizsə, ideyanızı bacardıqca az adamla bölüşün ki, onu oğurlamasınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin