BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
23812

Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bir sıra daşıyıcı şirkətlər istifadələrində olan nəqliyyat vasitələrini satışa çıxarıb.

Bakıda bir neçə vacib marşrut xəttinin istismarçısı olan “Azland Plaza” MMC balansındakı 30-a yaxın müasir nəqliyyat vasitələrinin satışını elan edib. Artıq bu barədə elan saytlarında da məlumatlar yerləşdirilib. Şirkətin sahibi Azadxan Xanməmmədovun oğlu Anar Xanməmmədov bildirib ki, şirkətə məxsus olan və Avro standartlara cavab verən “İsuzu Citibus” markalı avtobusun hamısı satışa çıxarılıb. Şirkət bundan başqa digər avtobuslarını da satdığını elan edib. İşlənmiş avtobusların əvəzinə marşrut xəttinə hansı avtobusların buraxılacağı isə bildirilməyib.

Uzun illərdir Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti də avtobuslarının bir hissəsini satışa çıxarıb. Şirkətin əməkdaşı Afis Mikayılov bildirib ki, şirkət mülkiyyətində olan 423 nəqliyyat vasitəsindən 191 ədəd “Daewoo” markalı avtobusun satılması planlaşdılır: “Daşıyıcı şirkətlərin düşdüyü hazırkı vəziyyət bu sektorda olan hər kəsə məlumdur. 30 qəpik gediş haqqı ilə müasir standartlara uyğun şəkildə sərnişindaşıma xidməti göstərmək çox çətindir. Biz uzun illərdir buna çalışırıq və avtobus parkımızı böyük ölçüdə yeniləmişik. Lakin sürətlə bahalaşan qiymətlər qarşısında duruş gətirmək çox çətindir. İctimai nəqliyyata hər hansı dəstək yoxdur, bu istiqamətdə heç bir addım atılmayıb. Daşıyıcı şirkətlərin dövlət qurumlarına kollektiv müraciətləri də cavabsız qalıb”.

Bundan başqa Bakı şəhərində iri daşıyıcı şirkətlərdən biri olan “Çinar Trans” MMC də “Karsan” və “Daewoo” markalı avtobuslarının böyük hissəsini satır.

Bir çox digər daşıyıcıların da mülkiyyətində olan nəqliyyat vasitələrini sataraq sektordan çıxmağa çalışdığı bildirilir. Belə ki, daşıyıcı şirkətlər hazırki şərtlər daxilində fəaliyyətlərinin böyük risk altında olduğunu, borclanmanın günbəgün artdığını və mövcud tarifin dəyişməyəcəyi, ictimai nəqliyyata dəstək verilməyəcəyi təqdirdə bu sektorun tamamilə məhv olacağını bildirirlər.

Qeyd edək ki, 2015-ci ildə fəaliyyətə başlayan “Bakubus” MMC-nin də istismarında olan avtobusların böyük hissəsi yararsız hala düşüb. Ötən il Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində “Bakubus”ın 200-ə yaxın avtobusunun tamamilə sıradan çıxdığı üzə çıxıb. Hazırda bu rəqəm 300-ə yaxınlaşmaqdadır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yaranmış vəziyyətə dövlət müdaxiləsinin olmayacağı təqdirdə yaxın vaxtlarda Bakı şəhərində ictimai nəqliyyatın işi tamamilə iflic olacaq. O, daşıyıcı şirkətlərin banklar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmədiyini və mülkiyyətlərindəki avtobusları sataraq vəziyyətdən çıxmaq istədiklərini deyib: “Azərbaycanda yalnız Bakıda pis-yaxşı ictimai nəqliyyat infrastukturu var. Ona olan münasibət də göz önündədir. Dövlət qurumları bu sektora tamamilə biganə münasibət göstərir. Bu da qeyri-leqal daşımalara, keyfiyyətsiz taksi xidmətlərinin sürətlə artmasına səbəb olur. Avtobuslar üçün zolaqların olmaması, daşıyıcı şirkətlərə heç bir dəstək tədbirlərinin nəzərdə tutulmaması, bu sektordakı pərakəndəlik şirkətləri çıxılmaz hala salıb.

Təsəvvür edin, Bakı şəhərinin yarısı hələ də gediş haqqını qəpiklə ödəyir. Bəzi şirkətlər tələblərə uyğun nəqliyyat vasitələri alsa da, digərləri bu tələbi qulaqardına vurub. Bakı Nəqliyyat Agentliyinin bu işin öhdəsindən gələ bilməməsi hər kəsə məlumdur. Nəzərə alsaq ki, qarşıda sentyabr ayı və yeni mövsüm gəlir, Bakını böyük xaos, şəhər nəqliyyatını tamamilə biabırçı vəziyyət gözləyir. Cəmiyyət olaraq buna hazır olmalıyıq. Təsəvvür edin ki, Bakı şəhərində ictimai nəqliyyatın normal işinin təşkili üçün 2500-ə qədər avtobusa ehtiyac var. Bir vaxtlar bu sayda avtobus xidmət göstərirdi. Lakin hazırda Bakıda ictimai nəqliyyatda 1200-ə yaxın avtobus fəaliyyət göstərir. Deməli 1300-ə qədər nəqliyyat vasitəsi şirkətlərin, eləcə də “Bakubus”ın qarajında çürüməkdədir. İstismardakı avtobuslarında bir hissəsi yararsız haldadır. Bu vəziyyətdə daşıyıcı şirkətlərin avtobuslarını sataraq sektordan uzaqlaşması normal haldır. Heç kim 30 qəpik gediş haqqı ilə 300-400 min manat dəyərində müasir avtobus alıb işlətmək istəməz”.

// Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin